Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaçmazda yol hərəkəti qaydalalarını pozan şəxslər cərimələnib  

Qaydalalarını pozan şəxslər cərimələnib

 

Hərəkətin sıx olduğu Xaçmaz rayonunda yollarda təhlükəsizliyin təmin olunması məqsədilə görülən qabaqlayıcı tədbirlər barədə danışan DYPB-nin rəisi, polis mayoru Elşad Nəbiyev bildirib ki, inspektorlar tərəfindən qəzaların sayının minimuma endirilməsi və yol hərəkəti qaydalarına riayət olunması məqsədilə mütəmadi olaraq reydlər keçirilir, spirtli içki qəbul edən sürücülər saxlanılaraq barələrində qanunauyğun tədbirlər görülür. Belə tədbirlərin mahiyyətindən danışan həmsöhbətim, cari ilin ilk doqquz ayı ərzində rayon ərazisində qeydə alınan qayda pozuntuları haqda da məlumat verib.

Musavat.com-un xəbərinə görə, polis mayoru bildirib ki, cari ilin ilk doqquz ayı ərazində rayon ərazisində 7467 qayda pozuntusu aşkar olunub ki, onlardan 7316 şəxs barəsində inzibati protokol tərtib edilib. Barələrində tədbir görülən şəxslər arasında 117-i nəqliyyat vasitəsini sərxoş halda idarə edənlər və 158-i isə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlər olub. 2017-ci ilin müvafiq dövriyyə müqayisədə göstəricilərin sayında artma olduğunu bildirən bölmə rəisi, keçən il sərxoş halda nəqliyyat vasitəsini idarə edənlərin 113 və sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlərin 155 nəfər olduğunu bildirib. Bundan əlavə manevr qaydalarını pozan 366, ötmə qaydalarını pozan 1032 və əks hərəkət zolağına çıxaraq hərəkəti davam etdirən 442 sürücü aşkar edilərək barələrində inzibati qaydada protokol tərtib edilib. Bir nəfər isə rayon ərazisində avtoxuliqanlıq etdiyinə görə YPX-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə barəsində inzibati qaydada protokol tərtib olunub və Xaçmaz rayon Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilib.

Rayon ərazisində baş verən yol nəqliyyat hadisələri haqda məlumat verən bölmə rəisi bildirdi ki, qeyd olunan müddətdə Xaçmaz rayonu ərazisində 24 yol nəqliyyat hadisəsi baş verib ki, bu da keçən illə müqayisədə 2 fakt azdır. Sürücülərlə aparılan profilaktiki söhbətlərin nəticəsində yol nəqliyyat hadisələrinin sayının azalmasını sevindirici hal kimi dəyərləndirən Elşad Nəbiyev, qayda pozan sürücülər barəsində tərtib edilən inzibati protokolların ödənilməsi göstəricisinində yüksək olduğunu bildirib. İlk doqquz ayda tərtib olunan 7316 inzibati protokolun 88 faizi qayda pozmuş sürücülər tədəfindən ödənilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar