Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda məktəblərdə cinsi tərbiyə dərsi tədris olunacaq  

Orta məktəblərdə reproduktiv sağlamlıq haqqında vəsait tədris olunacaq

 

Bunu oxu.az-a açıqlamasında kitabın müəllifi Kəmalə Aşumova bildirib.

Onun sözlərinə görə, kitab yoxlanılması və tədris olunması üçün Təhsil Nazirliyinə təqdim olunub:

"Dərsliyin hazırlanmasında nazirliyinin məsləhətçiləri, ekspertləri və Səhiyyə Nazirliyinin məsləhətçiləri - pediatr, psixoloq və ginekoloqlar iştirak ediblər. Tədris vəsaiti "Biologiya" və "Həyat bilgisi" müəllimləri tərəfindən tədris olunacaq. Onlar üçün dərslik hazırlanacaq və o, öyrənmə prosesinə uyğunlaşdırılacaq. Dərsliyin hazırlama prosesi artıq iki ildir ki, davam edir. Bu il bu prosesin yekun işləri bitmək üzrədir. Yeni vəsaitin adı "Reproduktiv sağlamlığın tədrisi" kimi səslənir".

"Məktəblilərin cinsi inkişaf dərslərinə ehtiyacı varmı?", - sualına Kəmalə Aşumova cavab olaraq bildirib ki, bu, mübahisəli sualdır:

"Azad bir Avropada yaşamağımıza baxmayaraq, ona birmənalı cavab vermək çətindir. Ancaq gələn ildən başlayaraq, dərsliyin təqdim ediləcəyi ehtimal olunur və müvafiq dərslik, demək olar ki, hazırdır. Bu mövzunun tətbiqi üçün digər ölkələrin təcrübəsinə nəzər saldıq. Dərsliyin tərtibatına töhfə məqsədilə ABŞ-dan dəvət edilmiş beynəlxalq ekspertlər pedaqoqlar və səhiyyə işçilərinə təlimlər keçiblər".

Kitabın müəllifi qeyd edib ki, noyabr ayından etibarən ölkə məktəblərində reproduktiv sağlamlıq üzrə xüsusi təlimlərin keçirilməsi planlaşdırılır:

"Təlimlər Bakı və regionlarda keçiriləcək. Qeyd edim ki, oğlanlar və qızlar üçün dərslər ayrı-ayrılıqda aparılacaq. 11-12 yaşında yeniyetmələrdə cinsi inkişaf başlayır. Əsas məqsəd ondan ibarətdir ki, onlar düzgün inkişaf etsin.

Erkən nikahlar artıb, uşaqlar zorakılığa məruz qalır. Düşünürəm ki, onların valideyn olarkən cəmiyyətdə sağlam yaşaması böyük əhəmiyyət kəsb edir. Bunun üçün kitabın tədris olunması vacibdir.

Dərsliyin uşaqlara faydası olmayacağını düşünənlər də ola bilər. Bu da, əsasən, cəmiyyətimizin mühafizəkar təbəqələrinin nümayəndələridir. Müasir uşaqlar və yeniyetmələr fiziki cəhətdən çox erkən inkişaf etməyə başlayıb. Fiziologiyaya əlavə olaraq, bu dərs eyni dərəcədə ciddi məsələləri həll edəcək.

Bu, uşaqların əsas ünsiyyət bacarıqları, anlaşma, düzgün qərar vermə, sağlam həyat tərzi, ailə planlaşdırılması və gələcəkdə məsuliyyətli valideyn olmaq üçün yeniyetmələrdə müsbət münasibət formalaşmasına imkan verəcək.

Son zamanlar aparılan tədqiqatlar və müxtəlif təşkilatlar tərəfindən aparılan sorğular gənclərdə reproduktiv sağlamlıq sahəsində fizioloji və gigiyena biliklərinin olmamasını göstərir. Bu məqsədlə də gənclərin düzgün, mənəvi və sağlam formalaşması üçün bu tədrisin tətbiqini vacib hesab edirik".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar