Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzulidə 9 ayın yekunları müzakirə olunub

Füzuli rayon İcra Hakimiyyətində 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirilib

PİA.az xəbər verir ki, hesabat iclasında Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Şura üzvləri, rayonun idarə, müəssisə, təşkilatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, ictimaiyyət nümayəndələri iştirak edib.

İclasda Alı Alıyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2018-ci ilin 9 ayı rayonda bütün sahələrdə inkişafla, iqtisadi artımla müşayiət olub, əhalinin həyat səviyyəsi yüksəlib, uğurlar artıb.

Alı Alıyev rayonun 2018-ci ilin 9 ayının iqtisadi göstəriciləri barədə danışıb. Bildirib ki, yanvar-sentyabr aylarında ümumi məhsul buraxılışının həcmi 126484.3 min manat olub. Məhsul buraxılışının əsasını sənaye, kənd təsərrüfatı və xidmət sahələri təşkil edib.

Ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılıq və baramaçılığın inkişafından danışan Alı Alıyev bildirib ki, hesabat dövründə rayon ərazisində 2100 ha sahədə pambıq əkilib, 38 tondan artıq yaş barama istehsal olunub. Pambıqçılıq və baramaçılıq sahəsində minlərlə insan mövsümü işə cəlb olunmaqla onların məşğulluğu təmin edilib, sosial-rifah halları yaxşılaşdırılıb.

Müzakirələr zamanı Füzuli rayonu ərazisində sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, taxılçılıq, pambıqçılıq, baramaçılıq, şəkər çuğunduru, heyvandarlıq və digər kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

Alı Alıyev sonda füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışı, uğurlarla yanaşı problemlər də qeyd etmiş, 2018-cı ilin sonuna kimi qarşıda duran vəzifələr müəyyənləşdirilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar