Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ünvanımıza səsləndirilən iradları qəbul etmirik"

Xalq artisti Gülyanaq Məmmədova Dilçilik İnstitutunun Monitorinq şöbəsi tərəfindən sənətçilərin nitqində nösqanlara yol vermələri haqda deyilən fikirlərlə razılaşmayıb

PİA.az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı qarşı tərəfin iradları barədə bunları deyib:

“Mən və bacım ünvanımıza səsləndirilən iradları qəbul etmirik. Biz milli musiqimizi dünyada təbliğ edirik, tələbə yetişdiririk. Hər zamanda efirlərdə səhnə mədəniyyətini qoruyan sənətçilərik. Bu iradları səsləndirən insan gəlib mənə musiqidən dərs keçsin, görüm keçə biləcəkmi? Gəlsin mənə sübut eləsin. Mən işimi gözəl bilən insanam. Oxuduğumuz muğamlarda vurğunun necə dəyişməsini biz musiqiçilər bilə bilərik, bunu da gözəl bacarıram. Hələ indiyə qədər ifamda bir qüsur tutan olmayıb. Heç tuta da bilməzlər”.

Qeyd edək ki, Dilçilik İnstitutunun Monitorinq şöbəsi tərəfindən sənətçilərin nitqində ədəbi dil normasının qorunması, dil mənzərəsini müəyyən etmək üçün monitorinq aparılıb. Ədəbi dil normasının qorunmasında səhvlərə yol verildiyi müəyyən olunub. Adı siyahıda yer alan Telli Borçalı, aşıq Əli, əməkdar artist Elnarə Abdullayevanın ləhcə ilə danışması vurğulanıb.

Röya, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Rəqsanə, Gülyanaq və Gülyaz Məmmədova və digərləri isə daha çox vurğunu düzgün işlətməməkdə, uzun saitləri qısa səsləndirməkdə, ehtiyac olmadığı halda sözə əlavə sait artırmaqda tənqid olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar