Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda qaçırılan azərbaycanlı qız ailəsinə qayıtmaqdan imtina etdi

Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində qaçırılan 17 yaşlı azərbaycanlı qız ailəsinə qayıtmaqdan imtina edib

PİA.az “Report”-a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, yeniyetmə qız psixoloq, vəkil və Ombudsman aparatının nümayəndəsinin iştirakı ilə sorğu-sual olunub. Qız onu qaçırdan şəxsin həmkəndlisi olduğunu qeyd edərək, öz istəyi ilə qaçırıldığını bildirib.

Yeniyetmənin sözlərinə görə, valideynləri onun həmin şəxslə ailə həyatı qurmasına qarşı olub. Qız qaçırılmağına razı olduğuna görə valideynlərindən psixoloji və fiziki təzyiqə məruz qala biləcəyini deyib. Buna görə də o, polis tərəfindən xüsusi sığınacağa yerləşdirilib.

Qeyd edək ki, 17 yaşlı H.M. adlı qız oktyabrın 12-də Ləmbəli kəndində yaşadığı evdən qaçırılıb. Polis yeniyetməni oktyabrın 18-də Marneuli rayonunun Candar kəndində aşkar edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar