Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General-leytenant Vilayət Eyvazov Qazaxıstan daxili işlər nazirinin müavini ilə görüşüb  

Qazaxıstanın daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Janat Süleymanovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun dəvəti ilə ölkəmizə səfərə gəlib

Daxili İşlər Nazirliyindən (DİN) “Report”a verilən məlumata görə, Vilayət Eyvazov qazaxıstanlı həmkarının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan V.Eyvazov hər iki dövlət başçılarının müəyyənləşdirdikləri strategiyaya, eləcə də daxili işlər nazirləri – Ramil Usubov ilə Kalmuxanbet Qasumovun dostluq və işgüzar münasibətlərinə uyğun olaraq AzərbaycanQazaxıstan DİN-ləri arasındakı əməkdaşlığın və səmərəli işbirliyinin daha da dərinləşdiyini bildirib.

O, ikitərəfli əlaqələrin, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin, təcrübə və informasiya mübadiləsinin və yaradılmış normativ-hüquqi bazanın ilk növbədə xalqlarımızın və dövlətlərimizin mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etdiyini vurğulayıb.

Söhbət zamanı qonaqlara müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, qəbul edilmiş yeni qanunlar barədə məlumat verilib, sabitliyin yaradılması və onun dönməzliyinin təmini, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində görülən işlərdən danışılıb, mövcud problemlərdən söz açılıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Polis general-mayoru Janat Süleymanov səmimi qəbula, yüksək qonaqpərvərliyə və əhatəli məlumata görə təşəkkürünü bildirib, Azərbaycan vətəndaşları ilə bərabər respublikamızda əcnəbilərin də təhlükəsiz yaşayıb-işləmələri üçün yaradılan şəraitdən məmnunluğunu, təmsil etdiyi qurumun əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu, bu istiqamətdə səylərini əsirgəməyəcəklərini və səfərin bu məqsədə xidmət edəcəyinə əminliyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.

Qazaxıstan DİN-in nümayəndə heyəti Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qəbulunda olub.

İki gün davam edəcək səfər çərçivəsində qazaxıstanlı qonaqlar Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi” və “Təhlükəsiz şəhər” xidmətlərinin, həmçinin Bakı Şəhər Baş Polis İdarəsinin fəaliyyəti ilə yaxından tanış olacaqlar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar