Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Teleqüllə ətrafında yeni təhlükə

Teleqüllə ətrafında olan sürüşmədən sonra iki sürüşməyə meyilli zona tapılıb, nə vaxtsa sürüşəcək

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sürüşmə zonasında tədqiqatlar aparılır və bu proses uzun çəkəcək:

“Hazırda sürüşmənin dərinlik müstəvisini tapılmaq üçün tədqiqatlar aparılır. Sürüşmənin baş verməsi, istiqamətinin hansı tərəfə getməsini müəyyən etmək və qarşısını almaq üçün addımlar atılacaq”.

Qurban Yetirmişli qeyd edib ki, ərazidə elmi cəhətdən tədqiqat işləri aparıb:

“Dron çəkilişləri də aparılır, kompleks tədbirlər görülür. Hələ ki, üst hissədə tədqiqat aparmaq mümkün deyil. Çünki burada hələ sürüşmə prosesi davam edir. Bu işi dayandırmaq olmaz”.

Direktor qeyd edib ki, Teleqüllə ətrafında olan sürüşmədən sonra iki sürüşməyə meyilli zona tapılıb, nə vaxtsa sürüşəcək:

“Amma orada dörd ay analiz aparmışdıq. Sürüşmə prosesini öyrənmək bir günlük məsələ deyil. İlkin məlumata görə, sürüşmə 46 mert dərinlikdədir. Üst hissədə hansı dərinlikdə olması isə bilinmir”.

Qurban Yetirmişli əlavə edib ki, ölkədə zəif təkanlar mütəmadi olaraq baş verir:

“Zəif təkanları açıqlamırıq. Xəzərdə güclü təkanlar olsa idi, sürüşmə ərazisində dağıntılar baş verərdi”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar