Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda dəfn olunan kimsəsizlərin sayı məlum oldu

2018-ci ilin 9 ayı ərzində Azərbaycanda 258 kimsəsiz dəfn olunub

PİA.AZ xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov məlumat verib.

Kimsəsizlərin cins, yaş bölgüsünə gəlincə, S.Həsənov bu məlumatların məxfi saxlandığını diqqətə çatdırıb:

"Bizdə yalnız bir kimsəsizlər qəbristanlığı var. Kimsəsiz şəxslər bir neçə gün morqda saxlanılır. Ailə üzvləri, yaxınları tapılmadıqda həmin məzarlıqda dəfn olunur".

S.Həsənov bəzi hallarda kimsəsizlərin öz yaxınları tərəfindən axtarıldığını da qeyd edib:

"Ölən şəxs dəfn olunduqdan sonra onun yaxını olduğunu deyən insanlar bizə müraciət edir. Bu halda qohumluq əlaqələrini sübut edən sənəd təqdim olunur. Daha sonra isə biz onları sanitar, epidemioloji stansiyaya yönləndiririk. Əgər ölən şəxs xəstə olubsa, onun məzarının açılmasına icazə verilmir. Rəsmi icazə alındıqdan sonra meyitin yaxınlarının istəyilə dəfn olunduğu yerdən çıxarılması və başqa yerdə dəfni mümkün olur. Bu kimi hallar il ərzində 2-3 dəfə olur. Məsələ burasındadır ki, qumsal torpaqlarda bir il, nəm torpaqlarda 3 il meyiti çıxarmağa icazə verilmir. Meyit müddət tamam olduqdan sonra çıxarılaraq, başqa yerdə dəfn olunur".

Qeyd edək ki, 2017-ci ildə Azərbaycanda 322 kimsəsiz dəfn olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar