Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Televiziyalarda ədəbi dil normalarını pozan ifaçıların adları açıqlanıb – Siyahı

“İfaçıların nitqində ədəbi dil normasının qorunması, dil mənzərəsini müəyyən etmək üçün monitorinq apardıq. Şahidi olduq ki, həqiqətən də müəyyən səhvlərlə müşahidə edilən nitq daha çətin və gec dərk edilir”

Bunu Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qaziyeva “Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda tədbirdə deyib.

O bildirib ki, monitorinq zamanı aşıq və klassik musiqi, estrada-pop, rep-meyxana sahələrinin hər biri ayrı-ayrılıqda yoxlanılıb: “Aparılan monitorinqlərin nəticələri göstərir ki, musiqiçilərin ifasında Azərbaycan dili normalarından kənara çıxmalara təsadüf olunur. Musiqi böyük tamaşaçı auditoriyasını əhatə etdiyindən nitq normalarına təsir göstərmək imkanına malikdir. Bunları nəzərə alaraq ifaçılar ədəbi dil normaları məsələsinə daha həssas yanaşmalıdırlar”.

Mütəxəssis qeyd edib ki, ifaçıların dilində ən böyük səhv dialekt sözlərdən istifadə etmələridir: “Orfoepiya qaydalarının pozulmasına da çox rast gəlinir. Hətta mahnılarda vulqar sözlər də olur. Xarici sözlərdən, xüsusən rus sözlərindən istifadə ilə dilimizin normaları daha çox pozulur. Ən çox da meyxanalarda rus sözlərindən istifadə edilir”.

N.Qaziyeva deyib ki, müğənnilərin düşüncəsinə görə, söz necə yazılıbsa, elə də deyilməlidir: “Sözü yazıldığı kimi oxuyaraq özlərini savadlı göstərmək istəyirlər, amma ciddi dil pozuntularına yol verirlər”.

N.Qaziyeva qeyd edib ki, monitorinq zamanı bir çox ifaçıların nitqi yoxlanılıb. Mütəxəssisin sözlərinə görə, aşıqlar daha çox dialekt sözlər işlədirlər: “Məsələn, aşıq Telli Borçalı “mənə” sözü əvəzinə “mana” deyir, aşıq Əli “nöşün” və s. Muğam ifaçısı Elnarə Abdullayeva bəzi ifalarında “qadoy alım” sözünü işlədir. Eyyub Yaqubov Bakı şivəsində olan sözlərdən çox istifadə edir. İlqar Sailin də ifasında şivə və dialekt müşahidə olunur. Məsələn: “təsviri qoy kənarə”, “qədeş”.

Röya, Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva, Rəqsanə, Gülyanaq və Gülyaz Məmmədovaların və başqalarının dil normalarına necə əmək etmələri də müəyyən edilib. İfaçılar daha çox vurğunu düzgün işlətmir, uzun saitləri qısa səsləndirir, ehtiyac olmadığı halda sözə əlavə sait artırırlar”.(report)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar