Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspertən 5 min uzunqulağın hara yoxa çıxması haqda sensasion iddia

Son 3 il ərzində Azərbaycana uzunqulaq idxal edilməyib

Bu barədə modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib. R.Süleymanov hazırda mövcud olan uzunqulaqların statistikasını da açıqlayıb: “2016-cı ildə 35 816 baş, 2017-ci ildə ölkədə 34068 baş, 2018-ci ildə 30 854 baş uzunqulaq mövcud olub”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsi 2014-cü ilin birinci yarısında Azərbaycanın idxal eşşəklərin alınmasına 98 min manat (o zamankı məzənnə ilə 125 min dollardan artıq) xərclədiyini açıqlamışdı. Maraqlıdır ki, Azərbaycana xaricdən eşşək alınıb gətirilsə də ölkədəki eşşəklərin sayında artım prosesi getmək əvəzinə 2015-ci ildən azalma başlayıb. 2015-ci ildə Azərbaycanda 40 mindən çox eşşək olub. 2016-cı ildə bu rəqəm 35,8 minə düşüb.

Azərbaycanda bir ildə eşşəklərin sayında beş min baş azalma o deməkdir ki, 5000 eşşək yoxa çıxıb. Eşşəklərin sayında bu qədər azalmanın nə ilə bağlı olduğu maraqlıdır. Əhali yoxa çıxdığı bildirilən eşşəklərin restoran və kafelərə, dönərxanalara verildiyini düşünür. Bu isə insanlarda narahatlıq yaradıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirib ki, eşşəklərin sayında azalma onların ətinin dönərxanalarda, müxtəlif kolbasa sexlərində istifadə edilməsi ilə bağlı ola bilər. Eşşək inək, dana və qoyundan dəfələrlə ucuz olduğundan işbazların eşşəkləri yığaraq qeyd olunan istehlak müəssisələrinə satdıqları barədə indiyə qədər dəfələrlə məlumatlar yayılıb. Azərbaycanda yoxa çıxan 5 min eşşəyin ətinin dönərxanalara verildiyi istisna deyil.

Ətin bir hissəsinin isə mal ətinin arasında əhaliyə satılması istisna deyil: “Eşşək əslində normal heyvandır, sadəcə, əti Azərbaycanda yeyilmir, Azərbaycan xalqı üçün ənənəvi deyil. Almaniyada Reyn çayının sol sahilində uzunqulaq heykəli ucaldılıb. Berlin şəhərinin tikilməsində uzunqulağın rolu bu şəkildə qiymətləndirilir. Azərbaycanda uzunqulağa nədənsə mənfi münasibət var. Eşşək əti Azərbaycanda müvafiq hüquqi sənədlərdə qadağan olunmur. Lakin eşşək ətini mal əti adına istehlakçıya satmaq cinayətdir. Azərbaycanda bax bu baş verir. Bir neçə il öncə Xaçmazda meşədə çoxlu at, eşşək baş və ayağı tapılmışdı. Bu da həmin heyvanların kəsildiyi və ətinin satışa çıxarıldığı şübhələrini artırırdı. Azərbaycan xalqı, ümumiyyətlə, eşşək və at əti ilə qidalanan xalq deyil. Eşşək əti istehlak edən insanlarda təhlükəli xəstəliklərin yaranması mümkündür. Çünki eşşək əti baytarların nəzarətindən tam qıraqdadır. Hətta hansı xəstəlik daşıyıcısı və necə xəstəliklər gəzdirdiyi barədə tam nəzarətdə olmayan bir heyvandır. Ona görə də onda hansı xəstəliklərin ola biləcəyi, hansı heyvan xəstəliklərinin insana keçə bilməsi nə cəmiyyətə, nə də baytarlarla məlum deyil. Heç şübhəsiz ki, eşşək əti təhlükəli heyvan xəstəliklərinin insanlara keçməsinə şərait yaradar”.

E.Hüseynov qeyd etdi ki, SSRİ vaxtı Azərbaycanda eşşək əti yeməli ətlər siyahısında imiş: “Bizim birliyin əlində keçən əsrin 60-ci illərində hazırlanmış rəsmi sənəd var. Həmin sənəd SSRİ üzrə ətlərin növləri və qiymətləri barədədir. Sənəddə 15 respublika arasında yalnız Azərbaycanda eşşək əti yeməli ət kimi qeyd olunub. Onun qiymətləri və növləri göstərilib.

Mən əminəm ki, o vaxt bu sənədi ermənilər hazırlayıb. Bu vaxta kimi də bu sənədin təkzib olunması haqda dəfələrlə dövlət orqanları qarşısında rəsmi məsələ qaldırmışam ki, bu sənədi kimlərin hazırladığı araşdırılsın. Ümumiyyətlə, bu sənəd təkzib olunmalıdır.

Həmin sənəddə Azərbaycanda eşşək əti yeməli ət kimi işarə olunub, amma o vaxt eşşək əti tam yeyilməyən, heç yaxın durulmayan ət idi. Belə ki, 1962-ci ildə SSRİ vaxtı kim uzunqulaq saxlayırdısa, həmin şəxslərə çox böyük cərimələr olunurdu. Gecələr sovet məmurları kəndləri və qapıları gəzib kimin həyətində eşşək görürdüsə, onları cərimə edirdilər. Bununla da əhali eşşəklərdən imtina etdi. Hətta çöllərdə, dağlarda və meşələrdə vəhşi eşşək sürüləri əmələ gəldi. Mən bunu görmüşəm”.

Ekspert onu da dedi ki, eşşək və at ətinin satışının qarşısının alınması və bu cür qanunsuz əməllərin ifşa olunması istiqamətində Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi vaxtaşırı ciddi addımlar atır.

Ekspertin fikrincə, qeyri-ənənəvi ət məhsullarının əhaliyə satışının qarşısının alınması üçün eyni zamanda digər müvafiq qurumlar da ciddi fəaliyyət göstərməlidirlər. Eyni zamanda din xadimləri də təbliğat işləri aparmalıdırlar. Qanunda at, eşşək, it, pişik əti qadağan deyilsə, bu o demək deyil ki, onların əti satılmalıdır və yeyilə bilər.

Rəsmi məlumata görə, uzunqulaqların çox hissəsindən, yəni 78,3 faizi regionlarımızda əsasən yük daşımalarında istifadə olunur. Eşşəklərdən daha çox Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Samux, Göygöl, Goranboy, Şəki, Astara, Lerik, Yardımlı, Cəlilabad, Xaçmaz, Sabirabad, Ağsu, Şamaxı, ŞərurŞahbuz rayonlarında istifadə edilir. (musavat.comt)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar