Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Ukraynada seçkilərdən mühüm nəticə gözləyir

ABŞ-ın elçisi də yaxşı fürsət yaranacağına ümid edir

Birləşmiş Ştatların Ukrayna üzrə xüsusi elçisi Kurt Volker Ukraynanın şərqindəki münaqişənin tezliklə bitirilməsi yönündə elə bir irəliləyiş gözləmədiyini deyir. Çünki onun fikrincə, Rusiya Ukrayna seçkilərində mümkün dəyişiklikləri gözləməkdədir.

“Məncə, Rusiya sonucda qərara gəlib ki, Ukrayna seçkisinin nəticəsini, nə baş verəcəyini gözləsin. Ola bilsin, Rusiyanı daha əlverişli mövqeyə aparacaq yeni fürsət yaranacaq”, – Volker oktyabrın 18-də Vaşinqtondakı Atlantik Şurasında deyib.

Bundan öncə Rusiya prezidenti Vladimir Putin Soçidə demişdi ki, Ukraynada president seçkisindən sonar Rusiyaya daha dostyana yanaşan hökumətin yaranacağına ümid edir. Seçki martın 31-də keçirilməlidir. Putin iddia edib ki, Kiyevin hazırkı rəhbərliyi də sülh danışıqlarında irəliyə hər hansı addım atmazdan öncə seçkini gözləyir.

Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib və ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 10 mindən çox adam həlak olub.

(Azadlıq radiosu)

pia.az


Etiket: Rusiya Ukrayna

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar