Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rüfət Aslanlının "göyün yeddinci qatı"nda 6 milyon dollarlıq "stadion"u tapıldı...

Rüfət Aslanlı kimsənin bacarmayacağı yanlışlıqları bir-birinin ardınca sıralayaraq özünü də bitirdi, ona olan ümidləri də...

Media bir nömrəli məhkumun həyat yoldaşı Zamirə Hacıyevanın London sərgüzəştlərinin təsirindən xilas olmamış Maliyyə Bazarlarına Nəzarət Palatasının artıq fəaliyyətinin fatihəsi oxunmuş Direktorlar Şurasının eks sədri Rüfət Aslanlı həzrətlərinin gözqamaşdırıcı hobbisinin, bahalı qol saatlarının, ecazkar avtomobil markalarının bihuşedici “qoxu”sundan diksinməyə başlayıb...

Xatırladaq ki, Rüfət Aslanlıdan hamı "bəh-bəh" deyəndə yalnız Moderator.az ilk dəfə ötən ilin yayında ifşaedici məlumatlar yaydı və 65 min manatlıq aylıq maaşından tutmuş, üzərində adı-soyadı olan bahalı fransız şərabınadək onun məmurluq görəvi ilə bir araya sığmayan görməmişliklərini ifşa etdi. Bu xəbər cəmiyyətdə və mediada şok effekti yaratsa da çoxları bunun doğruluğuna inamaq istəmədi. Çünki kimsənin ağlına gəlməzdi ki, ölkə prezidentinin aşkar təvazökarlığından hamının nümunə götürməli olduğu hər bir məmurun boyuna biçildiyi bir dönəmdə hansısa Palata rəhbəri özünü “burda mənəm, Bağdadda kor xəlifə” məntiqi ilə apararaq özünü dilə-dişə salacaq dünyagörüşə sahib ola bilər. Amma göründüyü kimi Rüfət Aslanlı cənabları kimsənin bacarmayacağı yanlışlıqları bir-birinin ardınca sıralayaraq özünü də bitirdi, ona olan ümidləri də...

Mötəbərliyi şübhə doğurmayan mənbədən Rüfət Aslanlının daha bir gözqamaşdırıcı hobbisi barədə təkzibedilməz informasiya əldə edib. Sən demə, iştahı iddialarından geri qalmayan bu "gənc və perspektivli məmur"un təvazökarlıqdan zəndeyi-zəhləsi gedirmiş və hər addımda özünü "yuxarı təbəqə"nin ağa atlı oğlanı kimi təqdim etməkdən zövq alırmış.

Beləliklə, sən demə, onun saysız-hesabsız avtomobil və daşınmaz əmlak kolleksiyasının ürəyi paytaxtın ən bərkgedən ərazisində - Zooparkın yanındakı “Rose Ville Residences” dəbdəbəli yaşayış komleksinin tam bir mərtəbəsini əhatə edən 800 kvadratmetrlik mənzil imiş. Bəli, dəyərli oxucu, qətiyyən gözləriniz sizi aldatmır, az qala futbol meydançası böyüklüyündəki mənzili Rüfət Aslanlı adını çəkmək istəmədiyimiz bir əcənəbi iş adamından 3 milyon dollara alıbmış.

Hələ bu harasıdır, həmin “futbol meydançası”nın təmirinə də 2,5 milyon dollar əlavə pul sayaraq məkanı nağıllar aləminə çevirib. Bu gün müvafiq qurumlar onun qeyri-qanuni yolla ələ keçirdiyi daşınar-daşınmaz əmlak axtarışındadırsa, o zaman Bakı Zooloji Parkının yanından keçmələri xeyli qaranlıq məqamlara işıq sala bilər...


Bir məqamı da xüsusi olaraq vurğulamaq yerinə düşər. Nə qədər özündən müştəbeh və sərvət ovçusu olmuş olsa belə onun qısa zamanda bu qədər irəli getdiyi şübhə doğurur. Yəni o MBNP rəhbəri olmamışdan öncəki fəaliyyəti dövründə də əliəyri olması haqqında şübhələnməyimiz üçün ciddi əsaslar verir. Nəzərə alsaq ki, o bir müddət öncə Mərkəzi Bankın sədr müavini kimi ən gəlirli sahə hesab olunan valyutadəyişmə məntəqlərinə nəzarət edib (bu adamın taleyinə hər zaman nəyəsə, kiməsə nəzarət etmək yazılıbmış, amma fələyin bu şansını doğru qiymətləndirə bilmədiyindən indi özü çox pis nəzarət altına düşüb...). Ona görə də Mərkəzi Bankdakı fəaliyyət dövrünün də ciddi şəkildə təftişinə ehtiyac olduğunu iddia etmək olar.

Gəlin razılaşaq ki, Mərkəzi Bankın əbədiyaşar sədri Elman Rüstəmovun da qəbahəti yox deyil və Rüfət Aslanlı kimi bir müavini ölkənin bank sisteminin qəbirqazanı kimi yetişməsində onun da "xidmətləri" danılmazdır. Bundan sonrakı dönəmdə Rüfət Aslanlının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindəki fəaliyyətində də “kağız-kuğuz”a allergiyasının olduğunu və bu üzdən ciddi boşluqlara rəvac verdiyini söyləmək mümkündür. Hər halda bizdən demək, əlaqədar qurumlardan hərəkətə keçmək...

Sonda qeyd edək ki, tezliklə oxucularımızı Rüfət Aslanlının bağ evləri barədə maraqlı məlumatlarla təəccübləndirməyə söz veririk. Necə deyərlər, papaq altda oğlanlar varmış, kimsənin xəbəri olmayıb...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar