Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İlin sonunadək şəhid ailələrinin 50 faizinə yaxınına birdəfəlik ödəmə veriləcək”

“Şəhid ailələrinə veriləcək 11 000 manat birdəfəlik ödəmə ilə bağlı heç bir problem yoxdur”

Bunu Cocuq Mərcanlıda jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə notarial qaydada sənədləşmə prosesi aparılır: “Vətəndaşların 85 faizi öz hüquqlarını təsdiq ediblər. Bu proses başa çatdıqdan sonra vəsaitlər birbaşa vətəndaşların bank və kart hesablarına köçürüləcək. Artıq Naxçıvanda bu prosesə başlanılıb. İlk sənədlər daxil olub. İlin sonuna kimi şəhid ailələrinin 50 faizinə yaxınına ödəniş ediləcək. Novbəti ilin ilk aylarına qədər bu proses tam başa çatacaq”.

Nazir bildirib ki, əsas sığorta ödənişləri ilə bağlı şikayətlər var: “Bununla bağlı Dövlət Sığorta Şirkətinə məlumat göndərilib və bu barədə vətəndaşlara həm şifahi, həm də yazılı məlumat verilib. Daxil olan bütün şikayətlərin ətraflı araşdırılması üçün aidiyyəti qurumlara tapşırıqlar verilib”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar