Tərtər rayonunun İrəvanlı kənd sakini Elcan Mahmudov yol-nəqliyyat hadisəsi nəticəsində ölüb
DİN-dən verilən məlumata görə, oktyabrın 17-də saat 13 radələrində Tərtər rayonunun İrəvanlı kənd sakini Elcan Mahmudovun idarə etdiyi “VAZ-21154” və Mingəçevir şəhər sakini Sübhi Abbasovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili toqquşub. Nəticədə, xəstəxanaya yerləşdirilmiş E.Mahmudov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
pia.az