Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ BMT sülhməramlılarının Kosovodan çıxarılmasını istəyir

Prezident Vucic ölkəsinin narahatlığını açıqlayıb

Serbiya prezidenti Aleksandar Vucic BMT Kosovodan çıxarsa, bunun yarada biləcəyi təhlükəylə bağlı xəbərdarlıq edib. Məlumatlara görə, ABŞ Kosovodakı BMT missiyasını tərketmə strategiyası hazırlamağa çağırıb.

Vucic oktyabrın 17-də deyib ki, BMT-nin Kosovodakı Aralıq Administrasiya Missiyası ölkədən çıxarsa, ölkəsinin buradakı etnik serb əhalini qorumaqdan başqa seçimi qalmayacaq. Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqillik əldə edib.

Prezident Serbiyanın hansı addımı atacağını dəqiqləşdirməyib. Amma onun sözlərinə görə, missiyanın getməsi, eləcə də Kosovo ordusunun formalaşması Serbiyanı dəhşətli çətin duruma salacaq, bu zaman bizim ölkəmizi və xalqımızı qorumaqdan başqa seçimimiz, seçim hüququmuz qalmayacaq”.

Daha öncə yayılmış məlumatlara görə, ABŞ-ın BMT-dəki səfiri Nikki Haley qurumu səlahiyyətindən istifadə etməyə, Kosovodakı missiyası ilə bağlı tərketmə strategiyası hazırlamağa çağırıb.

“İllər boyu BMT-nin Kosovodakı missiyası BMT-nin mürəkkəb münaqişəni uğurla idarə etməsinə örnək göstərib”, – Haley-nin BMT-nin baş katibi Antonio Guterresə ötən həftə yazdığı məktubdan sitat gətirilir.

Haley ilin sonunda BMT-dəki vəzifəsindən gedir.

Serbiya Kosovoya nəzarəti 1999-cu ildə itirib. O zaman NATO albanların serb qüvvələrinin öldürülməsi və qovulmasına son qoymaqdan ötrü ərazini bombaladı.

Elə həmin il BMT əvvəlcə buraya sülhyaratma missiyası göndərdi, daha sonra aralıq administrasiya missiyasına çevrildi. Kosovonun müstəqilliyini Serbiyadan başqa 100-dən artıq ölkə tanıyıb. Tərəflər 2013-cü ildə Avropa Birliyinin vasitəçiliyi ilə danışıqlara başlasalar da, elə bir irəliləyiş əldə olunmayıb.(Azadlıq radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar