Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda nə qədər şəhid var? - Nazirlik rəqəmləri açıqlamaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, şəhid hərbi qulluqçuların vərəsələrinə veriləcək birdəfəlik ödəmə - 11 min manatı ala bilməyən (əvvəllər aldığı bildirilən-müəllif) ailələr etiraz edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə həmin ailələrin ödəməni aldıqlarını bildirərək, sənədlər əsasında bunu sübut etməyə çalışır.

Yaranmış vəziyyət ümumilikdə sığorta prosesinin necə həyata keçirilməsini gündəmə gətirib.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev Cebhe.info-ya açıqlamasında bildirib ki, hər bir gənc ordu sıralarına çağırıldığı gündən dövlət tərəfindən sığortalanır və həmin sığorta müqaviləsi xidmətə xitam veriləndən 3 il sonraya qədər qüvvədə olur: “Həmin məsələni qaldıranlardan biri də bizim təşkilat olub. İlham Əliyev növbəti dəfə prezident seçildikdən sonra ilk qərarı şəhid ailələrinə həmin sığorta haqlarının ödənilməsilə bağlı oldu. 1997-ci ilə qədər “Sığorta haqqında” Qanun olmadığı üçün, Sovet dövründən qalan sənədlərə əsasən şəhid vərəsələrinə 50 000 manat məbləğində sığorta ödənilib. Bəziləri o dövrdə müraciət edib, alıb, bəzilərinin isə başı dərd-sərinə qarışıq olub, qanundan xəbəri olmadığı üçün sığorta pulunu almayıb”.

M.Mehdiyev qeyd edib ki,1997-ci ildə “Sığorta haqqında” Qanun qəbul edildiyi üçün həmin dövrdən bu günə qədər problem olmayıb: “2007-ci ildə isə həmin qanuna yenidən dəyişikliklər edilib. Şəhid hərbi qulluqçular üçün son sığorta məbləği 11 000 manat olub. Ölkədə şəhid ailələri həmişə diqqət mərkəzindədir və bu dəfə də 1997-ci il qanununun qəbuluna qədər sığorta almayan şəhid ailələrinin hamısına birdəfəlik 11000 manatın verilməsi nəzərdə tutulub”.

Şəhidlərin dəqiq sayına gəlincə, qurum sədri “Şəhidlərimizin sayı 13000-ə yaxındır. Son rəqəm məndə yoxdur, çünki atəşkəs dövründə də şəhidlərimiz olub. Eləcə də yaralandıqdan sonra da şəhid olanlarımız var”,- deyə vurğulayıb.

Cebhe.info şəhidlərin sayını dəqiq öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı ilə əlaqə saxlayıb. O, şəhid sayının sirr olduğunu bildirərək, cavab verməkdən imtina edib.

Qeyd edək ki, bu il 19 apreldə əmək və əhalinin sosial müdafiəsi naziri səlahiyyətlərini icra edən Səlim Müslümov keçirdiyi mətbuat konfransında müxtəlif kateqoriyadan olan 12 737 şəhid ailəsinin olduğunu bildirmişdi. Onun sözlərinə görə, hərbi qulluqçu kimi şəhid olanların sayı 8714 nəfər olub: "Bizim bazada olan rəqəmlərə görə, 7605 nəfər 1997-ci il avqustun 2-nə kimi vəfat edənlərdir. Bundan başqa, 1997-ci il avqustun 2-dən sonra da vəfat edən şəxslər var və onlar döyüşlər zamanı yaralanıblar”.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təmin olunması məqsədilə sənədlərin qəbulu oktyabrın 9-dan başlayıb. Oktyabr ayının 15-i vərəsələrin 85 faizi birdəfəlik ödəməni almaq hüququnu öyrənib.

pia.az


Etiket: Şəhid Nazirlik

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar