Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölü doğulan saziş” – Ukraynada müharibənin bitməsi mümkünsüz görünür 

“The Economist”, 17 oktyabr 2018-ci il

Kiyevin nəzarətində olan ərazi ilə şərq bölgəsində müharibənin əhatə etdiyi ərazi arasındakı sərhəddə xidmət göstərən Andrey adlı ukraynalı əsgər gözlərini geniş açaraq soruşur: “Siz heç hara getdiyinizi bilirsiniz?”

Təmas xəttinin o biri tərəfində Rusiyanın dəstəklədiyi DXR-in qaşqabaqlı döyüşçüsü Artyom günlərini iki şəxsin – Vladimir Putinlə Ramzan Kadırovun portretinin yanında keçirir. O, işğal edilmiş ərazilərə gələn və onda şübhə oyadan hər kəsi dindirir. Artyom sol buduna bərkitdiyi döyüş bıçağını silərək insanları loyallıqları barədə sorğu-suala tutur.

Ukraynada müharibə artıq beş ildir davam edir, bunun sonu isə görünmür. Donbasın bir hissəsi separatçıların nəzarəti altındadır. Minalanmış 500 kilometrlik “əlaqə xətti” regionu iki hissəyə ayırır. 2014-cü ildən bəri 10 mindən çox insan həlak olub və ötən illərlə müqayisədə daha gec-gec olsa da, qurbanların sayı artmağa davam edir. İlin əvvəlində üç məktəbli minaya düşüb. Düz cəbhə xəttində yerləşən Avdeyevkada isə nisbətən sakit keçən son aylar belə dəhşətli görünür. “Belə səssizlik adətən pis nəticələnir”, – həkim Olqa deyir.

Ukraynada prezident və parlament seçkilərindən öncə müharibənin başa çatması ilə bağlı danışıqlarda fasilə elan edilib. Hazırda dünyanın diqqəti başqa məsələlərə yönəlsə də, ukraynalılar müharibəni ən böyük problemləri hesab edirlər. Bu problem ölkədəki korrupsiya və iqtisadi çətinliklərdən öndə gəlir.

Prezident Petr Poroşenko “Biz aqressoru dayandırdıq və ölkəni müdafiə etdik!” şüarından istifadə edir. Ancaq 2015-ci ildə imzalanan, Donetsk və Luqanska xüsusi status vəd edən Minsk sazişinə çox az adam inanır. Minsk sazişinin yerinə yetirilməsi ilə bağlı mübahisələr artıq neçə ildir davam edir. Ukrayna siyasi addımlar atmadan öncə təhlükəsizliyin təmin edilməsini və Rusiya ilə sərhədin onun nəzarəti altına qaytarılmasını tələb edir. Rusiya isə bu ərazilərin nəzarəti Ukraynaya verilmədən öncə siyasi təminat almaq istəyir.

Ukraynada çoxları inanır ki, Rusiyanın təcavüzkar hücumu zamanı əldə edilən saziş heç nəyə yaramır. Onun yerinə yetirilməsində israrı davam etdirmək “ölü at üzərində getməyə” oxşayır. Şəxsi söhbətlər zamanı məmurlar etiraf edir ki, nizamlanma əldə edilməyənədək Minsk sazişi nə yerinə yetiriləcək, nə genişlənəcək, nə də dəyişdiriləcək.

Müzakirə edilən dəyişikliklərdən biri BMT sülhməramlılarının yerləşdirilməsidir. Xüsusi nümayəndə Kurt Volkerin (Kurt Volker) sözlərinə görə, artıq bir neçə ölkə hərbi heyətini Donbasa göndərməyə razılıq verib. Onların arasında İsveç, Finlandiya, Belarus, Türkiyə və Avstriya var. Ancaq Putin öz mövqeyini dəyişməyənədək, hal-hazırda çox ləng inkişaf edən müharibə davam edəcək. Volker yanvar ayından bəri Kremlin boz kardinalı Vladislav Surkovla görüş keçirməyib.

Rusiya gözləyib, seçkilərdən sonra baş verəcək hadisələrə baxmaq qərarına gəlib. Moskva ümid edir ki, Kiyevdə siyasi balans dəyişəcək və hakimiyyət Kremlə daha loyal olan siyasətçilərin – prezident olmasa da, heç olmasa parlamentin böyük bir hissəsinin – əlinə keçəcək. Bu torpaqlarda həyatını itirən sonuncu komandir Aleksandr Zaxarçenko partlayış nəticəsində həlak olduqdan sonra separatçılar noyabrda psevdo-seçki keçirməyi planlaşdırır. Rusiya rəsmiləri və separatçıların onun ölümündə Ukrayna və Qərbin əlinin olduğunu iddia etdiyi bir vaxtda Rusiyanın problemli yerli liderləri “təmizlədiyi” daha çox ehtimal edilir.

Donbasın bölünməsi tamamilə sünidir, bu bölgü daha çox mövcud olduqca, işğal edilmiş bölgələrin reinteqrasiyasını həyata keçirmək bir o qədər çətin olacaq. “Beynəlxalq böhran mərkəzi”nin bu yaxınlarda işıq üzü görən hesabatında deyilir: “Görünür, tərəflər öz mövqelərini möhkəmləndirməyə və bir-birlərindən fiziki ayrılmanı gücləndirməyə çalışırlar”. Rus qoşunları geri çəkilsə belə, siyasi cəhətdən birləşmək üçün müəyyən baza addımları atmaq lazım gələcək. Hətta seçici siyahısını tərtib etmək də çox çətin olacaq. Belə ki, 1,5 milyondan çox insan müharibə zonasını tərk edib.

##relatedPostMilli##

Demarsiya xəttini keçmək Ukrayna və işğal edilmiş ərazilərin bir-birindən nə qədər aralandığını göstərir. Müstəqil Ukrayna ərazisini tərk edib, Donetskə gedənlərin pasportuna elə ştamp vurulur ki, sanki onlar xaricə gedir. Separatçılar da gələnlərin hamısını “miqrasiya kartlarını” doldurmağa məcbur edirlər. İşğal edilmiş ərazilərdə “Feniks” mobil əlaqə operatoru fəaliyyət göstərməyə başlayıb. Operatorun abonentləri Ukraynanın mobil nömrələrinə zəng edə bilmir. Bu da kifayət qədər simvolik xarakter daşıyır.

Hər iki tərəfin dinc sakinləri üçün siyasi oyun uzun müddətdir davam edir. Onlar müharibənin istənilən nəticə ilə başa çatmasını istəyirlər. Döyüşlər davam etsə də, insanlar normal həyatın sevinclərinə tutunurlar. Avdeyevkada məktəblilər futbol oynayırlar, hərçənd axşamlar qorxulu olduğunu etiraf edirlər. Donetskdə kommunal xidmət əməkdaşları yerli parkları təmiz saxlamağa çalışırlar. Yerli opera teatrı isə yeni mövsümü Cakomo Puççininin “Turandot” və Aleksandr Puşkinin əsəri əsasında səhnələşdirilmiş “Qaratoxmaq qadın” tamaşaları ilə açacaq. Lakin rus yazıçısının dram əsərində olduğu kimi şərqi Ukraynadakı insanlar üçün də sülh hələlik əlçatan deyil.(Xpressa.net)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar