Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda hər qadına 2 uşaq düşür

BMT dünyada əhali artımı ilə bağlı hesabat açıqladı

“Dünyada daha kiçik ailələrə meyllilik adamların reproduktiv seçimlərinin olduğunu göstərir. Yəni ailələr neçə uşağa, nə vaxt sahib olmağa özləri qərar verirlər. Seçimin olmamağı isə doğum göstəricilərinə uzunmüddətli təsirini göstərir”. Bu barədə BMT-nin Əhali fondunun oktyabrın 17-də açıqladığı “Dünyada Əhalinin Vəziyyəti 2018” hesabatında bildirilir.

Səbəblər

Son 150 ildə, özəlliklə də 1960-cı illərdən bəri demək olar, bütün ölkələrdə doğum səviyyəsinin düşdüyü bildirilir. Nə vaxtsa bütün ölkələrdə doğum göstəricisi hər qadına beş və daha çox uşaq idi. İndi isə əhalisi 1 milyondan çox olan ölkələrin əksəriyyətində bu göstərici 2,5, yaxud daha azdır.

Dünyada hər qadına dörd, yaxud daha çox uşaq düşən 43 ölkəsindən 38-i Afrikada yerləşir. Digər ölkələr Əfqanıstan, İraq, Fələstin, Şərqi Timor və Yəməndir.

1990-cı illərin əvvəllərində Orta Asiya ölkələrindəki iqtisadi böhran doğum səviyyəsinin də azalmasına gətirdi. Amma 2000-ci illərin əvvəllərində iqtisadi böhran səngidikcə, doğum göstəriciləri də yaxşılaşdı. Bu ölkələrdə doğuma təkan verən amillərdən biri də müasir kontraseptik vasitələrə çatımlılığın zəif olmasıdır.

1980-ci illərdə ailələrdə çoxsaylı uşaqlar dünyaya gəlirdi. O zaman hər qadına yeddi uşaq düşürdü. Ancaq hökumət ailə planlama kampaniyası apardı və 2003-cü illərdə bu rəqəm 2-dən də aşağı düşdü. Bu gün İranda doğum səviyyəsi hər qadına 2,01-dir.

Azərbaycan

Hesabatda Azərbaycanda 2006-cı ildə doğum səviyyəsinin hər qadına 2, bunun 1,8-nin arzuolunan, 0,2-nin isə arzuolunmaz olduğu qeyd edilir.

Bu günlərdə Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu ilin yanvar-avqust aylarında ölkədə 90 min 523, yaxud hər gün orta hesabla 373 doğulmuş körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 13.8 təşkil edib. Ötən ilsə bu göstərici 14.7 idi.

Bu gün açıqlanmış hesabatda qeyd olunur ki, 2006-2017-ci illərdə Azərbaycanda doğumlar 100 faiz peşəkar tibb işçilərinin iştirakıyla qəbul olunub. 15-49 yaşlı qadınların 3 faizinin ailə planlamasına ehtiyacının təmin olunmadığı, 39 faizinin ehtiyacının isə müasir metodlarla qarşılandığı vurğulanır. 18 yaşınadək qızların 11 faizinin erkən ərə verildiyi qeyd olunur.

(Azadlıq radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar