Bibiheybət məscidinin yaxınlığında baş verən hadisə sürüşmə deyil
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, bu gün səhər saatlarında Bibiheybət istiqamətində gedən avtomobil yolunun sağ tərəfində qoruyucu divarın üzərinə vurulmuş üzlük daşları qoparaq asfalt üzərinə tökülüb: "Bildiririk ki, bu proses sürüşmə ilə əlaqədar deyil".
pia.az