Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Əbiyev Bakıda dincəlir, 3 min manat pensiya alır

Deputat deyir ki, əlində ordudan tərxis olunmasına dair sənədi olan döyüşçülərin veteranlıq ala bilmələri ilə bağlı sabiq nazirə müraciətlərini “vecinə almayıb”

“Qarabağda müharibə başlayanda nə Müdafiə Nazirliyi, nə də hərbi qulluqçular vardı. Orada döyüşənlər adətən könüllü insanlar idi. Azərbaycanın bütün yerlərindən könüllü insanlar gəlib öz ciblərinin pullarına oradan-buradan silah alaraq torpağı könüllü qorudular və şəhid oldular”.

Milli Məclisin oktyabrın 16-da keçirilən iclasında deputat Aqil Abbas belə deyib. O bildirib ki, həmin vaxt yaxşı döyüşənlər polis işçiləri idi. “Çünki onlar nizam-intizam görmüşdülər, qayda-qanunu, silahdan istifadəni bilirdilər. Azərbaycanın bir çox kəndi həmin zaman döyüşən polis və könüllülərin hesabına işğaldan azad olunub. Çox qəribədir ki, əlində avtomatının nömrəsi, ordudan tərxis olunmasına dair sənədi olan döyüşçülər var, amma onlar veteran sənədini ala bilmirlər. Bu hallar əvvəllər də olub. Bununla bağlı dəfələrlə Müdafiə Nazirliyinə də müraciət etmişik. Gedənin arxasınca danışmazlar. Ancaq köhnə müdafiə naziri Səfər Əbiyev heç vecinə də almayıb. Görək indi hazırki müdafiə naziri nə edəcək”.

Xatırladaq ki, general-polkovnik Səfər Əbiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, müdafiə naziri vəzifəsinin icraçısı, müdafiə nazirinin müavini vəzifələrində çalışıb. S.Əbiyev 1995-ci il fevralın 5-dən 2013-cü il oktyabrın 22-dək müdafiə naziri postunu tutub.

Sabiq müdafiə nazirinin vəzifədən çıxarıldıqdan sonra ölkədən getdiyi, hətta Çexiya vətəndaşlığı alması barədə iddialar yayılıb ki, bu məlumatlar sonradan təkzib edilib.

Bu günlərdə isə sosial şəbəkələrdə eks-müdafiə nazirinin səhhətində problem yarandığı və onun məhz bu səbəbdən müalicə üçün xarici ölkələrin birinə getdiyi bildirilib.

Eks-nazirin dostları isə mediaya açıqlamalarında bildiriblər ki, Səfər Əbiyevin səhhətində problemlərin yaranması ilə bağlı yayılan məlumatlar əsassızdır. Bildirilib ki, eks-nazir hazırda Bakı şəhərində yaşayır. “Onun səhhətində heç bir problem yoxdur. Səfər müəllim hazırda evində istirahət edir” - deyə, mənbə bildirib.

Yeri gəlmişkən, məlumdur ki, əvvəllər tutduğu vəzifəyə uyğun olaraq sabiq nazir dövlətdən təqaüd alır. Məlumatlı mənbələrin iddialarına görə, keçmiş nazirin təqaüdü də kifayət qədər yüksəkdir. Belə ki, onun 3 min manatdan çox təqaüd aldığı barədə xəbərlər də var.(yeni müsavat)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar