Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya-Azərbaycan münasibətlərinə Ermənistan nə qədər təsir edə bilir?

Konfliktoloq: “Rusiyanın Azərbaycan, İran və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanı və Qərbi çox narahat edir”

Ermənistan sadəcə Rusiyaya məhkumdur. Başqa cür bu dövlətin yaşama imkanı yoxdur”.

Bu sözləri Rusiya-Azərbaycan münasibətlərinə Ermənistanın təsirini şərh edərkən konfliktoloq Əvəz Həsənov PİA.AZ-a açıqlamasında qeyd edib.

Bakıda regionda terrorla mübarizə və bu istiqamətdə Azərbaycanla Rusiya arasında əməkdaşlıq məsələlərinə həsr olunmuş “dəyirmi masa”da çıxış edən rusiyalı politoloq Yevgeni Mixaylov siyasi, iqtisadiyyat, habelə regiondakı təhlükəsizlik məsələlərində Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlığın xeyli artdığını qeyd edib. Rusiya-Azərbaycan münasibətlərinə toxunan politoloq Y.Mixaylov bildirib ki, bəzi oyunçular Rusiyanın Türkiyə və Azərbaycanla yaxınlaşmasını istəmir. Xüsusən də Ermənistanın Rusiya ilə Azərbaycanın yaxınlaşmasını istəmədiyini və buna görə müəyyən maneələr yaratdığını qeyd edib.

ErmənistanErmənistanın mənafeyi daim bu ölkənin siyasi xadimlərinin xəyanətinə tuş gəlib, nəticədə erməni xalqı əziyyət çəkib. Azərbaycan son vaxtlar əl tutmaq, diplomatik dillə danışmaq bacarığını göstərir. Lakin Ermənistan tərəfdən son vaxtlar belə bacarıq nəzərə çarpmır”, deyə bildirən politoloq oyunçuların Şimali Qafqazda gərginlik yaratmaqda maraqlı olduqlarını qeyd edib.

Maraqlıdır, həqiqətənmi Ermənistan Rusiya-Azərbaycan münasibətlərinə soyuqluq gətirməyə qadirdir? Bu məsələdə əsas rolu Ermənistan höküməti oynayır, yoxsa Rusiyadakı güclü erməni diasporu? İndiki şəraitdə Ermənistanda geniş yayılan antirusiya mövqeyi önümüzdəki illərdə Rusiyadakı erməni diasporunun mövqelərini zəiflədə bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı konfliktoloq Əvəz Həsənovun fikirlərini öyrənib.

Əvəz Həsənov: “Ermənistanda hakimiyyətin dəyişməsinə baxmayaraq, Qərb və Rusiya arasındakı balansı ustalıqla qorumağı bacarır”.

Ermənistanın birbaşa Azərbaycan-Rusiya münasibətlərinə təsir etmək gücünün olmadığını qeyd edən konfliktoloq Əvəz Həsənova görə, Rusiyanın Azərbaycanla əməkdaşlığa maraqlı olması fonunda Ermənistanın gücü təsirsizdir:

Ermənistanın birbaşa Rusiya-Azərbaycan münasibətlərinə soyuqluq gətirməyə qadir ölkə olduğunu deməyə çətinlik çəkirəm. Erməni diasporu sadəcə Rusiyanın siyasi dairılərində müəyyən gücə malikdir. Yəni, bu güc Rusiyanın strateji hədəflərində heç bir rol oynamır. Amma onu da qeyd edim ki, erməni diasporası Rusiyanın Azərbaycanla bağlı siyasətində müəyyən korrektələr etmək gücünə malikdir. Lakin strateji məsələrdə bu təsir sıfıra bərabərdir.

Azərbaycanla münasibətləri normallaşdırmaq Rusiyanın marağındadırsa, burada Ermənistan ciddi faktor deyil və ola bilməz. Çünki Rusiyanın strateji maraqları Ermənistanın strateji maraqlarına uyğun olmaya bilər və bu zaman Rusiya Ermənistanın matraqlarını sadcə tapdalaya bilər. Buna baxmayaraq yenə də qeyd edirəm ki, elə məsələlər var ki, erməni diasporası ciddi şəkildə maneə olur. Hətta bunu Ermənistan hakimiyyətinə də şamil etmək olar. Lakin indiki halda Ermənistan hakimiyyətinin Rusiya qarşısında mövqeləri çox zəifdir və bu üzdən də təbii olaraq erməni diasporunun da arqumentləri paralel olaraq çox zəifdir və təsir etmək imkanına malik deyil. Erməni diasporu ilk növbədə Paşinyan hökümətini Rusiyanın iradəsinə tabe etməlidir.

Lakin hazırda Rusiyanın Azərbaycan, İran və Türkiyə ilə münasibətlərinin normallaşması təkcə Ermənistanı narahat etmir. Qərbdə bu münasibətlərin inkişafından çox narahatdır. Çünki Qərb Gürcüstanda möhkəmlənməsinə baxmayaraq, Azərbaycanda Rusiyaİrana qarşı möhkəmlənə bilmir. Türkiyə də isə Qərbin mövqeləri kifayət qədər zəifləyib və zəifləmədə davam edir. Bu yaxınlaşmadan ehtiyat edir. Gürcüstan Qərb alyansında olsa da, bu Qərbin Cənubi Qafqazda möhkəmlənməsi üçün yetərli deyil. Paralel olaraq Ermənistan da Rusiyanın Azərbaycan və Türkiyə ilə inkişaf edən münasibətlərini qısqanır. Ona görə də Qərbin Ermənistanla narahatlıqları üst-üstə düşür. Bu baxımdan Qərb istəyir ki, şirnikləndirici vasitələrlə Azərbaycanı bu əməkdaşlıqdan uzaqlaşdırsın.

Əvəz Həsənov: “Ermənilər yaxşı başa düşürlər ki, Qərb uzaq, Rusiya isə yaxındır. Azərbaycan və Türkiyənin məngənəsində Ermənistan üçün təhlükəsizlik baxımından ən yaxşı mütəffiq Rusiyadır”.

Anti-rus mövqeyinə gəlincə, mövcud vəziyyətdə Ermənistanda əhali arasında antirusiya əhval-ruhiyyəsinin yüksək olduğunu demək çox çətindir. Hakimiyyətə gələn elita müəyyən qədər antirusiya əhval-ruhiyyəsindən istifadə edə bildi və bunu media vasitəsilə göstərməyə çalışdı. Lakin erməni cəmiyyətini və yeni erməni hakimiyyətini tam olaraq anti-rus adlanddırmaq da olmaz.

Ermənilər yaxşı başa düşürlər ki, Qərb uzaq, Rusiya isə yaxındır. Azərbaycan və Türkiyənin məngənəsində Ermənistan üçün təhlükəsizlik baxımından ən yaxşı mütəffiq isə Rusiyadır. Bu bir mənalı şəkildə belədir və aksioma kimi qəbul olunmalıdır. Baxmayaraq ki, ermənilərin Rusiyaya o qədər də inamları yoxdur, lakin Ermənistan sadəcə Rusiyaya məhkumdur. Başqa cür bu dövlətin yaşama imkanı yoxdur.

Ona görə də Ermənistanda yaxşı başa düşürlər ki, Rusiyaya arxa çevirib, regionda tam oturuşmayan Qərbi dəstəkləmək təhlükəlidir. Əsasən də Gürcüstan və Ukrayna variantı göstərdi ki, Qərbə birbaşa arxalanmağın kökündə hansı problemlər yaranır. Bina görə də Ermənistanda hakimiyyətin dəyişməsinə baxmayaraq, Qərb və Rusiya arasındakı balansı ustalıqla qorumağı bacarır”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar