Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya dünya çempionatından 14 milyard dollar qazanıb

Futbol üzrə 2018-ci il dünya çempionatı Rusiya iqtisadiyyatına 14 milyarddan artıq gəlir gətirib

Bu da ölkənin ümumdaxili məhsulunun (ÜDM) bir faizindən artığını təşkil edir”. Bu rəqəmlər təşkilat komitəsinin dünya çempionatının iqtisadi, sosial və ekoloji təsirlərinə dair hesabatında göstərilib.

Rusiya 2018” təşkilat komitəsinin baş direktoru Aleksey Sorokin dünya futbol çempionatına ev sahibliyi edəcək Qətərdə keçirilən konfransda bu haqda danışıb. O, hesabatda göstərilən rəqəmlərin təəccüb doğurduğunu deyib.

Sorokinin hesalamalarına görə, dünya çempionatının Rusiyada 2013-2018-ci illər arasında ümumdaxili məhsuluna təsiri 952 milyard rubl (14.5 milyard ABŞ dolları, ya da 12.5 milyard avro) təşkil edib. Bu rəqəm Rusiyanın ümumdaxili məhsulunun 1.1 faizinin ekvivalentidir.

2018 dünya çempionatının təşkilat komitəsinin hazırladığı hesabata əsasən, idman tədbirinin Rusiyada keçirilməsi və buna hazırlıqlar sayəsində ölkədə təxminən 315 min iş yeri yaradılıb. Təşkilat komitəsi bunun Rusiya iqtisadiyyatına növbəti beş il ərzində təsiri olacağını bildirib.

Hələlik hesabatda göstərilən rəqəmlər müstəqil mənbələr tərəfindən təhlil edilməyib.(Amerikanın səsi)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar