Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Con Bolton qovluğunda Bakıya nələr gətirir - dünya mətbuatı yazır

ABŞ rəsmisi Cənubi Qafqaz ölkələrini İranla əməkdaşlıqdan çəkindirməyə cəhd edəcək

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana gözlənilən səfərinə dünya mediasında da maraq böyükdür.

“Reuters”in iddiasına görə, Bolton bu ölkələrdə “təhlükəsizliklə bağlı Amerikanın bir sıra maraqlarını yeritmək üçün həmkarları və başqa yüksək məqamlı məmurlarla görüşməyi” planlaşdırır.

“Amerikanın səsi” ehtimal edir ki, ABŞ rəsmisi Donald TrampRusiya prezidenti Vladimir Putinin növbəti görüşünün süjetini hazırlayacaq. “Bu səfərin səbəbi, - Bolton deyib, - Tramp və Putinin yayda Helsinkidə başladıqları dialoqu davam etdirmək, ABŞRusiya arasındakı münasibətləri və harada irəliləyişə nail ola biləcəyimizi, daha harada problem və fikir ayrılıqlarımızın olduğunu müzakirə etməkdir”.

Güman olunur ki, diqqət mərkəzində İran və ola bilsin, Suriya olacaq. Amma ABŞ bu istiqamətlərdə müəyyən özəlliyi olan işlərlə uğraşır. Rusiya, İran və Türkiyə Suriya tənzimləməsində əsas zaminlər kimi çıxış edir. Bundan savayı, indi bu üç ölkə müxtəlif səbəblərdən Amerika sanksiyalarının fərqli basqısı altındadır ki, bu da bir çox yönlərdə onların mövqelərini yaxınlaşdırır. Lakin Boltonun bölgəyə səfəri zamanı müzakirələrin ən önəmli mövzularından biri İran məsələsi olacaqsa, AzərbaycanErmənistan - hətta Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq - yenə də neytral mövqe tutacaq və Tehranla yaxşı qonşuluq münasibətlərinin saxlanmasına üstünlük verəcək. Həm də Bakı Baltikyanı ölkələri və İran üzərindən Hindistan arasında əlaqə yaratmağa nəzərdə tutulmuş “Şimal-Cənub” layihəsini həyata keçirməyə çalışır.

Türkiyənin “Yeni Çağ” nəşrinin yazdığına görə, “ABŞ İranla müharibə şəraitində onu öz coğrafiyasının dərinliyi imkanından məhrum etmək üçün Gürcüstanın NATO ilə alyansından yararlanaraq öz döyüş gəmilərini Qara dənizə daxil etməyə əlləşir”. (strateq.az)

Virtualaz.org xəbər verir ki, Bolton Azərbaycan, Ermənistan və Gürcüstan liderlərini dilə tutaraq onları İranla əməkdaşlıq etməməyə, bu ölkədən neft və qaz almamağa inandırmağa cəhd edəcək. Bu haqda “Daily Shtorm” online nəşrinə Rusiyanın ABŞ-dakı diplomatik missiyasındakı mənbə deyib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Nəşr qeyd edir ki, İrəvana gəldikdə, bu asan olmayan məsələdir. Çünki məhz İranın hesabına Ermənistan Rusiyadan energetika sahəsində tam asılılığı aradan qaldırmağa çalışacaq. Tehran Ermənistandakı azad iqtisadi zonada gündə 200 min barel neft emal edən neftayırma zavodu qurmağa hazırlaşır. Bu haqda oktyabrın 15-də İran parlamentinin büdcə planlaşdırması komissiyasının üzvü Hadi Qavami bildirib. Beləliklə, İran Amerika sanksiyalarından yan keçməyə çalışır.

Boltonun isə ermənilərlə xüsusən İran məsələsində xoşagəlməz əməkdaşlıq təcrübəsi var. 2005-ci ildə Bolton ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olanda İrəvan bu təşkilatın İrana qarşı tətbiq etdiyi sanksiyalara qarşı çıxmışdı. O vaxt Bolton Ermənistanın BMT-dəki daimi nümayəndəsi Armen Martirosyanla görüşmüşdü. Və Martirosyan siyasi xəritənin köməyi ilə İrəvanın mövqeyini Boltona uzun-uzadı izah etməyə çalışmışdı. Səfir bildirmişdi ki, Ermənistan hər tərəfdən qeyri-dost ölkələrlə əhatələnib, təkcə İranRusiya ona müsbət yanaşır.

2018-ci ildə Bolton milli təhlükəsizlik müşaviri təyin olunanda Martirosyan bu haqda “Financial Times” qəzetində bəhs edib. Bir sıra Amerika KİV-ləri isə Boltonu “regionun reallıqlarını bilmədiyinə” görə tənqid ediblər.(musavat.com)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar