Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistanla sərhəddə İran kəşfiyyatçıları oğurlanıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Pakistanı oktyabrın 16-da 14 iranlı hərbçini bu ölkə ilə sərhəddə oğurlamış silahlılara qarşı tədbir görməyə çağırıb

İİKK-in bu barədə verdiyi bəyanatda deyilir: “Biz Pakistanın bəzi regional ölkələr tərəfindən dəstəklənən bu terrorçu qruplara qarşı mübarizə aparacağına və oğurlanmış İran hərbçilərinin dərhal azad ediləcəyinə ümid edirik”.

Oğurlananlardan ikisinin İİKK-in kəşfiyyatçısı, yeddisinin Bəsic könüllü silahlıları, qalanlarının isə sərhədçilər olduğu xəbər verilir.

Pakistanın Xarici İşlər Nazirliyi sonradan bildirib ki, Pakistan və İran orqanları oğurlanmış hərbçilərin yerinin müəyyənləşdirilməsi üçün birlikdə işləyirlər. Nazirliyin bəyanatında deyilir ki, Pakistan İran hərbçilərinin tapılnması üçün əlindən gələni əsirgəməyəcək.

İranın rəsmi IRNA agentliyi bildirib ki, hərbçilər səhərin erkən saatlarında sərhədin Lüləkdan adlı ərazisində terrorçu qrup tərəfindən oğurlanıblar. Lüləkdan İranın Sistan-Bəlucistan ostanının mərkəzi şəhəri Zahedanın 150 kilometrliyində yerləşir. Hərbçiləri oğurlayan qruplaşmanın konkret adı çəkilmir.

Bu ərazidə tez-tez İran qüvvələri ilə bəluc separataçılar və narkotik maddə qaçaqmalçıları arasında toqquşmalar baş verir.

(Azadlıq radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar