Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“MTN çetesi”nin ifşasının 3 ili - Nələr oldu?..

Bir daha böyük cinayətlərə imza atmış şəbəkənin başçısını azadlıqda saxlayan sirlər haqda...

Oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri postundan uzaqlaşdırılmasının 3-cü ili tamamlanır.

Tutduğu vəzifədən çıxarılandan sonra onun yaxın çevrəsində gerçəkləşən həbslər dalğasında keçmiş nazir yaxasını istintaqçılardan kənar tutmağı bacardı.

Bu günə qədər bir neçə dəfə istintaqa cəlb edilsə də, Eldar Mahmudov tam 3 ildir ki, azadlığını qoruyub saxlaya bilib. 2016-cı ili tam olaraq, 2017-ci ilin 10 ayını da Eldar Mahmudov, ümumiyyətlə, istintaqa belə çağırılmamışdı. Həmin müddət ərzində hər kəsdə belə bir fikir formalaşmışdı ki, Eldar Mahmudov istintaqa çağırılmayacaq, dindirilməyəcək. Ötən ilin noyabrında isə Eldar Mahmudovu, köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudovu ilk dəfə istintaqa çağırdılar. Vüqar Mahmudov həbs olundu və “MTN işi”nin növbəti mərhələsi başladı. Zərərçəkənlər Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin önünə gedib sabiq nazirin dindirilməsinin yekunlaşmasını gözlədilər, idarədən çıxan Eldar Mahmudovu xoş olmayan sözlərə “qonaq” etdilər. 2017-ci ilin sonuna qədər Eldar Mahmudov 4 dəfə dindirildi.

Həmin ilin iyulunda Səbayel Rayon Məhkəməsində Eldar Mahmudov və MTN Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün Baş Prokurorluğa təqdimat göndərilmişdi. Qərar qətnamə şəklində, keçmiş MTN idarə rəisi Vüsal Ələkbərov barəsində verilən hökm zamanı qəbul edilib. Qətnamədə keçmiş nazir və idarə rəisinə qarşı irəli sürülən ittihamlar məhkəmədə açıqlanmayıb. Həmin qətnamə üzrə bu günə qədər hansı addımlar atıldığı haqda ictimaiyyətə məlumat verilməyib. 2018-ci il isə sabiq nazir üçün bir qədər sakit ötüb. Ara-sıra Eldar Mahmudovun adı əmisi oğlu Vüqar Mahmudovun həbs müddətinin uzadılmasından dolayı gündəmə gəlib. V.Mahmudov 11 aydan artıqdır ki, həbsdədir. Onu ötən il noyabrın 3-də həbs ediblər.

Vüqar Mahmudovun həbsinin ilk günlərində yayılan məlumatlarda bildirilirdi ki, ondan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı ifadə almağa çalışıblar. Vüqar Mahmudov Eldar Mahmudovun “sağ əli” hesab edilirdi. V.Mahmudov Eldar Mahmudovun köməkçisi statusunda olsa da, bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan xəraclar yığılıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Sonradan həmin pullar kisələrə doldurularaq banka daşınıb. V.Mahmudovun işi üzrə istintaq davam edir. Belə ehtimallar var ki, sabiq naziri əmisi oğlunun işi üzrə məhkəmədə qandallaya bilərlər. Ümumilikdə isə Eldar Mahmudov “MTN işi”ndən kənar qalmağı hələlik bacarır. Onu ötən 3 il ərzində cəmi 1 dəfə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarovla üzləşdirlər. Üzləşmə mövzusunun Eldar Mahmudovun ölkədən 1 milyard dollar çıxarması ilə bağlı olduğu bildirilirdi. Sabiq nazirə ittihamların hamısının ölkədən pul çıxarmaq, pul mənimsəməklə bağlı olması haqda da təkzib olunmayan məlumatlar var. Oğurlanan, talan edilən rəqəmlər isə milyarddan aşağı deyil. Eldar Mahmudovu da 1 milyard dolları ölkədən çıxardığına görə sorğu-sual ediblər.

Yada salaq ki, hazırda Eldar Mahmudovun qudası, Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev də maliyyə xəyanətinə görə həbsdədir. Onu 15 milyard dolları ölkədən çıxarmaqda ittiham edib qandallamışdılar. Sonradan ittihamların bir qismi təsdiqini tapmasa da, C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edildi. Onun həyat yoldaşı Zamirə Hacıyevanın 10 il ərzində Londondakı bahalı mağazalarda 21 milyon dollardan artıq pul xərcləməsindən dolayı da araşdırmalar davam edir.

Hazırda MTN-in 19 yüksək vəzifəli şəxsi həbsdədir, barələrində ittihamedici hökmlər çıxarılıb. Bir neçə MTN əməkdaşı, Eldar Mahmudovun yaxın ətrafına daxil olan şəxslər də axtarışdadır. Bu məhkəmə hökmləri təsdiqləyir ki, Eldar Mahmudovun MTN-ə rəhbərlik etdiyi 11 il ərzində dövlətin maraqları, necə deyərlər, ayaqlar altına atılıb. Nəhayətdə Eldar Mahmudovdan savayı məsuliyyət daşıyan şəxslər həbs olunub. Bu gün Eldar Mahmudovun azadlıqda qalması həm də əlaltılarının vəziyyətini yaxşılaşdırır. O baxımdan ki, bütün ipucları ona yönəlir, onu isə tutmurlar...(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar