Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyaya qarşı kimyəvi silah sanksiyaları gəlir: İkinci soyuq savaş başlayıb?

“Əgər indiki sanksiyalar möhkəmlənərsə və ya genişlənərsə, qaynar müharibə baş verə bilər”

“Putin MDB ölkələrinə qarşı siyasətini hədsiz çox yumşaldıb və tamam fərqli siyasət aparır”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu kimyəvi silahdan istifadəyə görə Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyaların təsirini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Bir neçə gün öncə Avropa İttifaqı ölkələrinin XİN başçıları Şurası kimyəvi silahdan istifadəyə görə Rusiyaya qarşı yeni sanksiyalar planını təsdiq edəcəyi barədə məlumat yayılmışdı. Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bildirmişdi. Lüksemburqda keçiriləcək toplantıda Suriyada və Solsberidə qeydə alınmış hücumlardan sonra Britaniyanın və Fransanın təklif etdiyi sanksiyaların əks olunduğu sənədin imzalanması planlaşdırılırdı. Yeni sanksiyalar zərfində Rusiyanın kəşfiyyat orqanlarının rəhbərlərinin və onların yaxın tərəfdaşlarının Aİ ölkələrinə girişinin məhdudlaşdırılacağı və həmin şəxslərin bank hesablarının dondurulacağı da nəzərdə tutulurdu. Eyni zamanda Böyük Britaniya XİN-in əməkdaşı vurğulamışdı ki, bu sanksiyalar bilavasitə Rusiyaya qarşı deyil, bütün dünyada kimyəvi silahdan istifadəyə qarşı yönəlib. Kimyəvi silahdan istifadəyə görə ilk sanksiyalar isə RusiyaSuriyaya qarşı tətbiq ediləcəyi gözlənilirdi.

Dünən isə Avropa Birliyinin xarici işlər nazirləri dünya əhalisini kimyəvi silahlarla hədəfə alan yeni sanksiyalar rejimini artıq təsdiqlədi. Yeni sansksiyalara əsasən kimyəvi silahları hazırlayanlar və yayanları ağır cəzalar gözləyir. Belə ki, kimyəvi silahların hazırlanması və istifadəsinə görə milliyyətindən və yerləşdiyi məkandan asılı olmayaraq adamların və qurumların aktivlərinin dondurulması, yaxud onlara viza qadağalarının qoyulması nəzərdə tutulur. Rusiyanın Suriya ilə birlikdə kimyəvi silahdan istifadəyə görə ilk sanksiyalara məruz qallacağı hözlənilir. Bəzi müşahidəçilər bu sanksiyaları 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində Stalinə qarşı tətbiq olunan sanksiyalarla eyniləşdirirlər. Belə ki, söhbət Rusiyanın tamamilə təcrid olunmasından gedir. Bunda əvvəl isə ABŞ-ın nəzi rəsmiçəri artıq ikinci soyuq savaşın rəs ən başlandığımı bəyan ediblər.

Rusiyanın Suriya ilə birlikdə kimyəvi silahdan istifadəyə görə ilk sanksiyalara məruz qalması Rusiyanın artıq Qərb tərəfindən fövqəldövlət olaraq deyil, terrorist və diktataura ilə yönləndirilən ölkə olması anlamına gəlirmi? Digər tərəfdən bu sanksiyaların tətbiqini artıq soyuq müharibənin elanı kimi başa düşmək olar?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib.

Mübariz Əhmədoğlu: “Rusiya hələ ki SSRİ dövründə olduğu kimi geosiyasi qütb deyil. Əgər dünyada ikinci qütb yaranarsa, o yerdə Çinin dayanması ehtimalı daha yüksəkdir”.

Yeni sanksiyaların Rusiyaya elə də ciddi təsir etməyəcəyini bildirən politoloq Mübariz Əhmədoğlunun fikrincə, bütün hallarda bu sanksiyaların tətbiqi ediləcəyi ölkələrin sayı artarsa, beynəlxalq siyasətdə daha ciddi gərginliklər yarana bilər:

“Əslində Avropa Birliyinin xarici işlər nazirləri Komitəsinin bu qərarı məhz Rusiyanın Suriyadakı fəaliyyətinə qarşı yönəlib. Həmçinin Solsberi hadisədi də getdikcə nöyüməkdədir.

Dünyanın hansısa başqa ölkəsinə dair kimyəvi silahın tətbiqinə dair heç bir məlumat yoxdur. Məlumatlar məhz Suriyada və Solsberidə kimyəvi silahların tətbiqi olunması ilə bağlı mövcuddur. Bu tətbiqlə bağlı BMT-də daim dinləmələr keçirilir. Hətta bir neçə dəfə Suriyada kimyəvi silahın tətbiqinə dair qətnamə hazırlanıb və BMT-nin Təhlükəsizlik Şurasına çıxarılıb. Sadəcə Rusiya veto qoyub.

Yəni, ABŞ əlində olan bütün variantlardan istifadə etməklə, Rusiyanı müasir dünyanın ən qorxulu silahlarından biri olan kimyəvi silah istifadəsində ittiham etməyə can atır. Təbii ki, məkan kimi Suriya göstərilir. Hətta Suriya hakimiyyəti də Rusiyaya arxayın olub. Bu baxımdan yeni sanksiyalar məhz Rusiya üçün nəzərdə tutulub.

Hesab edirəm ki, bu sanksiyaların çox ciddi təsiri olmayacaq. Sadəcə mövcud vəziyyətdə Avropa İttifaqı ilə ABŞ münasibətlərində gərginlik var və həmin gərginlik tərəfləri seçim etməyə məruz qoyur. Yəni, Avropa İttifaqı müəyyən məsələlərdə ABŞ-la qarşıdurmaya getməyi uyğun bilmədiyi üçün o məsələlərdə ABŞ-ın istədiyi formada qərarlar qəbul edir. Kimyəvi silahlarla bağlı qəbul edilən qərar da məhz belə yanaşmanın nəticəsidir. İndiki şəraitdə Avropa İttifaqı çox məsələlərdə özünü ABŞ-dan məsafəli saxlayır və bu gedişatı davam etdirəcək.

Mübariz Əhmədoğlu: “İndiki sanksiyalar faktiki olaraq, soyuq müharibədir”.

Rusiyanın geosiyasi tituluna gəldikdə isə, Rusiya hələ ki SSRİ dövründə olduğu kimi geosiyasi qütb deyil. Əgər dünyada ikinci qütb yaranarsa, o yerdə Çinin dayanması ehtimalı daha yüksəkdir. Ona görə də Putin vəziyyətin fərqindədir və RusiyaSSRİ dövründəki səviyyəyə qaldırmaq istəyir. Putinin prezident seçkilərindən sonrakı 6 ildə qarşı duran əsas məsələ RusiyaSSRİ-ə yaxınlaşdırmaqdır. Fikir verirsinizsə, Putin MDB ölkələrinə qarşı siyasətini hədsiz çox yumşaldıb və tamam fərqli siyasət aparır. O, istəyir ki, MDB ölkələri ilə iqtisadi əlaqələri genişləndirsin və bu əlaqələr daha çox Rusiyanın xeyrinə olsun.

##relatedPostMilli##Putin anlayır ki, Rusiya artıq özü öz gücünə iqtisadi inkişafı təmin edə bilməyəcək. Bu baxımdan Azərbaycanla müqavilələrə də baxsanız, Rusiya özü üçün daha çox üstünlüklər götürməyə çalışıb. Biz eyni münasibəti Rusiya-Qazaxıstan əməkdaşlığında da görə bilərik.

Putinin indiki siyasi gedişatında ciddi yumşalma hiss olunur. Son illər Rusiya Gürcüstana qarşı kəskin tənqid işlətmir. Rusiya rəsmiləri Gürcüstanla bağlı optimist açıqlamalar verirlər. Rusiya yerini bilir və geosiyasi qütb deyil. Yaxın müddətdədə mümkün deyil. Sadəcə indiki sanksiyalar faktiki olaraq, soyuq müharibədir. Çünki yeni sanksiyalar təkcə iqtisadi deyil, həm də siyasi tərkiblidir. Əgər indiki sanksiyalar möhkəmlənərsə və ya genişlənərsə, qaynar müharibə baş verə bilər. Çünki mövcud vəziyyətdə ABŞ-la Çin də artıq sanksiya rejimindədir”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar