Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hind filmlərinin və mahnılarının Azərbaycanda sevilməsi təəccüblü deyil”

Son illər Hindistan-Azərbaycan əlaqələri və əməkdaşlığının inkişafı istiqamətində yeni imkanlar yaranıb

Azərbaycanın aparıcı ölkə kimi çıxış etdiyi Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin işə salınması Hindistan-Bakı əməkdaşlığı üçün bu imkanları təmin edir. Eyni zamanda son zamanlar Hindistan investorları bütün dünyada olduğu kimi Azərbaycana sərmayə qoyulmasında fəallıq göstərirlər.

Bütün bunlar və mövcud imkanların reallaşdırılması perspektivləri barədə Hindistanın Azərbaycandakı səfiri cənab Sanjay Rana Strateq.az– verdiyi müsahibədə toxunub.

-Cənab səfir, ilk sualımı Azərbaycanın çox böyük səy göstərdiyi Şimal-Cənub və beynəlxalq nəqliyyat dəhlizi ilə başlamaq istərdim. Bu da təsadüfi deyil. Şimal-Cənub dəhlizi Cənubi-Şərqi Asiyadan yüklərin Avropaya dəniz yolu ilə daşınmasını nəzərdə tutur. Xüsusən, Mumbay limanı dəhlizin ən vacib nöqtəsi kimi nəzərdən keçirilir. Hindistan bu layihəyə dəstək verirmi? Bu layihədə hansı formada iştirak etməyi düşünürsünüz? Bu layihənin yaxın gələcək üçün perspektivini necə görürsünüz?

-Hindistan üçün yüksək prioritet hesab olunan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (BŞCND) ilə bağlı sual ünvanladığınız üçün məmnunam. Hindistan İran, AzərbaycanRusiyanı birbaşa əlaqələndirəcək bu dəhlizin inkişafı üçün bu ölkələrlə birgə fəaliyyət göstərir və son illərdə bu istiqamətdə çoxlu addımlar atılıb. Bu sahədə əməkdaşlıq Hindistan xarici işlər naziri xanım Suşma Svaracın (Sushma Swaraj) 2018-ci ilin aprel ayında Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla keçirilən ikitərəfli müzakirələrdə ən vacib məsələlərdən biri olub. Hindistanın nöqteyi nəzərindən BŞCND bizim genişləndirilmiş qonşularımız hesab etdiyimiz İran, Azərbaycan, Rusiya, Avrasiyanın və Mərkəzi Asiyanın digər ölkələri ilə fiziki əlaqələrimizi bərpa edəcək. Hindistanlı iş adamları BŞCND dəmiryolu və avtomobilyolu şəbəkələrinin başa çatdırılmasını səbirsizliklə gözləyir, belə ki, bu dəhliz Avrasiya regionu ilə ticarətin xərcini və ona sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldacaq. Dəhliz yalnız birbaşa cəlb olunan bu dörd ölkə üçün deyil, ticarət və investisiya fəaliyyətini genişləndirməklə bütün region üçün faydalı olacaq. Bu dəhlizin şimal istiqamətində genişləndirilərək Şimali Avropa ölkəli ilə əlaqələndirilməsi üçün də bir neçə layihə mövcuddur.

BŞCND hal-hazırda İranın Bəndər Abbas limanı ilə əlaqələnir. Nəqliyyat dəhlizini Hindistanın və İranın birgə inşa etdiyi müasir Çabahar limanı ilə əlaqələndirmək üçün işlər həyata keçirilir. Çabahar limanının birinci mərhələsi artıq 2017-ci ilin noyabr ayından fəaliyyətə başlayıb, buğda və digər məhsullardan ibarət yük bir neçə dəfə Əfqanıstana göndərilib. Hindistan BŞCN dəhlizini yük daşıyıcıları arasında təbliğ etmək məqsədilə bir neçə kampaniya həyata keçirib. 2018-ci ilin may ayında Hindistanın Mumbay şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə İrandan və Azərbaycandan keçməklə BŞCND dostluq avtomobil yürüşü təşkil olunub. Bu yürüşün tərkib hissəsi olaraq, Hindistan, İran, AzərbaycanRusiyadan olan sürücülər tərəfindən idarə olunan 20 Hindistan avtomobili Bəndər Abbas limanından Sankt-Peterburqa və geriyə 10.000 km qət edib. Yükün BŞCND-nin milli sərhədlərində daha sürətli hərəkət etməsi üçün fiziki infrastruktur qurmaqla yanaşı, effektli və səmərəli gömrük prosedurlarını inkişaf etdirmək zəruridir. Biz öz tərəfdaşlarımızla birgə bu istiqamətdə fəaliyyət göstəririk. Yeri gəlmişkən qeyd edim ki, 11-12 oktyabr tarixində Hindistanın Nyu –Dehli şəhərində ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasını keçirilib. Bildiyiniz kimi Azərbaycan tərəfindən həmsədr, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev yüksək səviyyəli nümayəndə heyəti ilə Hindistanda səfərdə olub. Hindistan tərəfindən Hökumətlərarası Komissiyaya Ticarət və Sənaye naziri Suresh Prabhu iclasa həmsədrlik edib. Onlar hər iki tərəf üçün ikitərəfli ticarəti və iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün prioritet hesab olunan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (BŞCND) inkişaf etdirilməsi üzrə əməkdaşlığı da müzakirə olunub.

-Dehli digər post-sovet ölkələri ilə əlaqələrin perspektivini necə görür? Böyük planlar, layihələr nəzərdə tutulurmu?

-Hindistan RusiyaMDB ölkələri ilə sıx münasibətlər qurub. Yaxın siyasi əlaqələrlə yanaşı, biznes, enerji, müdafiə, elm və texnologiya, xüsusilə də kosmos və nüvə enerjisi sahələrində sıx əməkdaşlıq edirik. Bizim onlarla bir çox sahələrdə sıx əməkdaşlığımız, əlaqələrimiz və inkişaf edən ikitərəfli ticarət mövcuddur. Hindistanın Baş naziri Narendra Modi 2015-ci ildə beş Mərkəzi Asiya ölkəsinə səfər edib. Səfər bu ölkələrlə bir çox sahələrdə geniş əməkdaşlığın inkişafı ilə nəticələnib və böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulub. MDB ölkələri ilə əməkdaşlığın əsas sahələrinə enerji, o cümlədən hidroelektrik və termal enerji, günəş və bərpa olunan enerji, informasiya texnologiyaları, nəqliyyat və konnektivlik, kənd təsərrüfatı, sənayenin yüksəldilməsi, turizm və səhiyyə, həmçinin teletibb layihələri daxildir. Hindistan MDB tərəfdaşlarını Beynəlxalq Günəş İttifaqına qoşulmağa dəvət edib.

-Hindistan Azərbaycan kimi mürəkkəb regionda yerləşir və daim maraqları uzlaşdırmaq kimi əziyyətli və riskli siyasətə yürüdülməsinə olan ehtiyac bizə çox tanışdır. Hindistan yaxın perspektivdə öz xarici siyasətini necə görür?

-Hindistan beynəlxalq hüququn və beynəlxalq əlaqələrin prinsiplərinə və ənənələrinə əsaslanan praqmatik, müstəqil xarici siyasət yürüdür. Hindistan Qoşulmama Hərəkatının (QM) aparıcı üzvüdür. Hindistanın hər bir qitədəki tərəfdaşları ilə strateji əlaqəIəri mövcuddur.

-Cənab səfir, yəqin ki, siz də bilirsiniz, Hindistan Azərbaycanda əfsanələr ölkəsi kimi tanınır. Azərbaycanın orta və yaşlı nəslinin dünyagörüşünə hind filmləri təsirsiz ötüşməyib. Hind musiqisi, Bollivud ulduzları Azərbaycanda çox populyardır. Bütün bunları nəzərə alsaq ölkələrimiz arasındakı münasibətlərin inkişafı üçün çox yaxşı baza olduğunu görərik. İkitərəfli əlaqələrin hazırkı vəziyyətini necə qiymərləndirirsiniz?

-Hindistan və Azərbaycan arasında mühüm tarixi və mədəni əlaqələr mövcuddur. Xalqlarımız bir çox ortaq mədəni adət və ənənələri paylaşır. Ötən əsrlər ərzində həyata keçirilən sıx mədəni mübadilələr bir-birimizin mədəniyyətinə qarşı yaxınlıq və sevgi yaradıb. Bu baxımdan, Hindistan musiqisinin və filmlərinin buradakı insanlar tərəfindən sevilməsi və bir çox azərbaycanlıların dünyagörüşünə təsir etməsi təəccüblü deyil. Bu, şübhəsiz ki, iki ölkə arasında inkişaf edən əməkdaşlığın mühüm sahələrindən biridir. Bu yaxınlarda, Namiq Qurban Azərbaycanda hind film ulduzlarına böyük sevgini və heyranlığı tərənnüm edən Dharmendranın həyatından bəhs edən “Məhəbbət elçisi” filmini çəkib. Bizim bir çox televiziya seriallarımız da burada məşhurdur. Mənə məlumdur ki, Azərbaycanda bu serialların populyarlığını nəzərə alaraq SPACE TV hind həyatına əsaslanan serial çəkir. Hindistan Xarici İşlər Nazirinin bu yaxınlarda, 2018-ci ilin aprelində Bakıya həyata keçirdiyi səfəri zamanı keçirilən yüksək səviyyəli görüşlərdə Azərbaycanda Hind filmləri festivalının keçirilməsi barədə razılığa gəlinib. Növbəti aylarda biz yüksək səviyyəli film festivalının keçirilməsini nəzərdə tuturuq. Bizim ortaq tarixi və mədəni əlaqələrimizin digər nümunəsi Atəşgah məbədidir. Atəşgah Bakıya və Azərbaycanın digər şəhərlərinə artan sayda gələn hind turistlər arasında çox məşhurdur.

-İkitərəfli iqtisadi əlaqələri necə dəyərləndirirsiniz? Hindistan biznesi Azərbaycanda işləməyə maraq göstərirmi?

-Hindistan və Azərbaycan arasında çiçəklənən və inkişaf edən ticarət, investisiya və kommersiya əlaqələri mövcuddur. Ticarət əlaqələrimiz sağlam şəkildə yüksələn xətlə inkişaf edir. Ötən il ikitərəfli ticarət 500 milyon ABŞ dollarına çatıb. Hindistandan Azərbaycana müxtəlif məhsulların,o cümlədən düyü, çay, ət kimi ənənəvi ərzaq məhsullarının və elektrik avadanlıqlarının yeni sahələrinin, nəqliyyat vasitələrinin ehtiyat hissələrinin, neft və qaz sektoru üçün avadanlıqların və komputer hissələrinin ixracı artmaqdadır. Hindistan şirkətləri Azərbaycandan çoxlu neft və neft məhsulları alır. Onlar Azərbaycanın iqtisadi uğurlarında tərəfdaşlıq etməkdə maraqlıdır. Onlar müntəzəm şəkildə burada keçirilən böyük sərgilərdə və tədbirlərdə iştirak edir. Lakin bizim ticarətimiz potensialımızdan aşağıdır. BŞCND-ni inkişaf etdirməklə biz iki ölkə arasında nəqliyyat xərclərini azaltmaq və fiziki konnektivliyi və yolları təkmilləşdirərək ticarət əlaqələrimizin bundan sonrakı inkişafı üzərində çalışırıq. Biz elektrik və bərpa olunan enerji sektoru üçün mexaniki avadanlıqlar, tikinti, neft və qaz sektorları üçün təchizat kimi yeni sahələrin üzərində çalşırıq. O cümlədən qeyd etmək istəyirəm ki, Hindistan və Azərbaycan bilik və bacarıqların artırılması sahəsində sıx əməkdaşlıq edir. Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) proqramı azərbaycanlı peşəkarlara texniki və mühəndislik, mühasibat,maliyyə, audit, idarəetmə, bərpa olunan enerji, İKT və kommunikasiyalar və digər meydana çıxan sahələrdə Hindistanda qısa və uzunmüddətli təlim kurslarına istirak etmək imkanı verir. Azərbaycan Dillər Universitetində “Hind mərkəzi” fəaliyyət göstərir və burada Hindistanın Mədəni Əlaqələr Şurasının dəstəyi ilə Hind dili kafedrası təsis olunub. Dr. Rupali Sinha Hind mərkəzində hind dilini tədris edir. Yeni Sanskrit kafedrasının təsis olunması plandadır.

-Sonda, rəsmi Dehli Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hansı mövqeyi tutur?

-Hindistanın mövqeyi beynəlxalq hüquqa və suverenlik və ərazi bütövlüyü prinsiplərinə ardıcıl və davamlı dəstək göstərməsinə əsaslanır. Biz həmişə bu cür münaqişələrin diplomatik yolla və sülh danışıqları yolu ilə həll olunacağına inanırıq. Biz münaqişənin sülh yolu ilə həlli istiqamətində Azərbaycanın və Ermənistanın ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar yolu ilə səylərini dəstəkləyirik. Münaqişənin tez və sülh yolu ilə həllini arzulayırıq.

pia.az


Etiket: Səfir Hindistan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar