Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Microsoft”-un qurucularından biri vəfat etdi

Milyarder iş adamı Paul Allen bütün sərvətini bağışlayıb

Amerikanın texnologiya nəhəngi “Microsoft”-un qurucularından milyarder iş adamı Paul Allen 65 yaşında vəfat edib.

ABŞ-ın Seattle şəhərində vəfat edən Allen limfa xərçəngi ilə mübarizə aparırdı. 2009-cu ildə müalicə alan Allen 3 həftə əvvəl xəstəliyin yenidən baş qaldırdığını açıqlamışdı. O, müalicəsi haqqında ümidli olduğunu deyirdi.

Paul Allen “Microsoft”-u 1975-ci ildə, Harvard Universitetindən ayrılan məktəb yoldaşı Bill Qeytslə birgə qurub. 1983-cü ildə ona qan xərçəngi diaqnozu qoyulandan sonra şirkətdən ayrılıb. Daha sonra isə digər şirkətlərdə karyerasını uğurla davam etdirib.

Paul Allenin bugünədək elm, təhsil və ətraf mühiti qoruma ilə məşğul olan qurumlara 2 milyard dollardan çox ianə verdiyi deyilir. Allen 2010-cu ildə ölümündən sonra sərvətinin yarıdan çoxunun xeyriyyə qurumlarına ianə etmək sözü vermişdi. O müddətdə Allenin sərvətinin 13.5 milyard dollar olduğu düşünülürdü.

“Forbes” jurnalının bu aykı təxmininə görə, Allen 21.7 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin 44-cü adamı idi.(BBC Azərbaycanca)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar