Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rüfət Dadaşov: "Azərbaycan millisinə çağırılmamağım axmaqlıq idi"

Oyunumla bağlı müsbət rəylər aldım

“Malta ilə oyundakı 1:1 hesablı heç-heçə bizim üçün yetərli deyil”.

“Report” xəbər verir ki, bunu Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov UEFA Millətlər Liqasının IV turunda Malta ilə 1:1 hesablı bərabərlik haqda “Westfälische Nachrichten"ə açıqlamasında deyib.

Almaniyanın III liqasında “Proyssen”in formasını geyinən 27 yaşlı forvard 4 illik fasilədən sonra milli komandaya dönüşündən məmnunluğunu vurğulayıb: “Oyunumla bağlı müsbət rəylər aldım. Amma Maltaya qalib gəlməli olduğumuz matçda 2-3 qol epizodundan yararlana bilmədim. Daha bir qol vursaydıq, qrupda liderliyə yüksələrdik. Azərbaycan kimi ölkə üçün ilk pillədə qərarlaşmaq böyük üstünlük olardı. Yığmaya yenidən dəvət alacağıma ümid edirəm. Komandadakı bir çox futbolçularla tanışam. Lakin yeni simalar da var”.

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki 2014 - 2018-ci illərdə Almaniyanın həvəskarlar liqasında çıxış edən klubların formasını geyindiyi üçün Dadaşova dəvət göndərməyib. Həmin müddətdə “Tsvaybrükken”, “Saarbrükken”, “Halberştadt”, “Moyzelvits” və Berlin “Dinamo”sunun heyətində yer alan və son mövsümdə 26 qolla Regional Liqanın bombardiri olan forvard Prosineçkinin bu yanaşmasının doğru olmadığını söyləyib: “Əslində, bu, axmaqlıq idi. Ancaq indi yenə özümə əminlik hiss edirəm”.

Qeyd edək ki, Rüfət Dadaşov millinin son 2 oyununda 90 dəqiqə meydanda olub. O, komandanın Farer adalarını 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmanın 67-ci dəqiqəsində Dimitri Nazarova məhsuldar ötürmə edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar