Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə polisi Səudiyyə Ərəbistanının konsulluğuna daxil olub

Türkiyə polisi səudiyyəli jurnalist Camal Qaşıqçının itməsi ilə bağlı istintaq çərçivəsində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunun binasına daxil olub

PİA.az “Report”-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi NTV telekanalı məlumat yayıb.

Bundan əvvəl sözügedən iş üzrə Türkiyə – Səudiyyə Ərəbistanı birgə işçi qrupu İstanbulun polis idarəsində ilk iclasını keçirib, daha sonra Səudiyyənin işçi qrupunun üzvləri konsulluğa daxil olub.

Qeyd edək ki, itkin düşən jurnalist Camal Qaşıqçı ilə bağlı bu gün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda axtarış aparılacağı bildirilmişdi.

Amerikanın “Washington Post” qəzetində icmalçı işləyən və 2017-ci ildən ABŞ-da yaşayan Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdikdən sonra itkin düşüb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar