Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Axşam yeməyi yuxudan 3-4 saat əvvəl qəbul edilməlidir –Həkim məsləhəti

Məsəl var, deyirlər ki, səhər yeməyini özün ye, günortanı dostuna, axşamı düşməninə ver

Bu deyimdə həm də bir həqiqət var.

AZƏRTAC Rusiyanın “vashaibolit” saytına istinadla xəbər verir ki, aparılan tədqiqatlar nəticəsində məlum olub ki, gündəlik kalorinin 50 faizi axşam süfrəsinin payına düşür. Gecə saatlarında yüksək kalorili yeməklərdən sonra qəbul edilən şirniyyatlar və qazlı içkilər orqanizmin artıq yüklənməsinə səbəb olur. Axşam süfrəsində qəbul olunan qidaların növbəti gün iş fəaliyyətinə təsirsiz ötüşmədiyi məlum olub.

Səhər yeməyinin daha qüvvətli olması həkim və diyetoloqlar tərəfindən təsdiq olunub, günorta isə kalori baxımından ondan bir az aşağı olmalıdır, kalorisi ən az olan yeməklər isə axşam qəbul edilməlidir.

Axşam yeməyi zamanı tərəvəzlərdən və daha yüngül qidalardan mütləq istifadə edilməlidir ki, insan yatana qədər orqanizm onu həzm edə bilsin, yatanda isə mədədə və mədə-bağırsaq sistemində ağırlıq hissi yaratmasın.

Mütəxəssislər bildirirlər ki, yaxşı səhər yeməyi özünü daha enerjili və sağlam hiss etməyə səbəb olur. Nahar yeməyi də çox əhəmiyyətlidir və onun gecikdirilməsi axşama qədər aclıq hissinin üstün gəlməsinə və axşam yeməyində yeməyə həddindən artıq meyl yaranmasına səbəb olur.

Şam yeməyinin müəyyən saatlarda yeyilməsi məsləhətdir. Onun yatmazdan 3-4 saat əvvəl qəbul edilməsi daha düzgündür.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Süfrəyə verilən yeməklərin təzə və keyfiyyətli qidalardan hazırlanması da mühüm əhəmiyyət kəsb edir. Axşam yeməyində süfrəyə verilən qidaların, eləcə də meyvə-tərəvəzlərin gigiyenik qaydada hazırlanması da vacib şərtlərdən biridir. Qidaların bir gün əvvəldən hazırlanıb soyuducuda saxlanılmaq şərtilə istifadə olunması da mümkündür.

Qidalar 0-5 dərəcəyədək temperaturda soyuducuda saxlanılmalı, süfrəyə verilərkən 60 dərəcəyədək temperaturda qızdırılmalıdır. Bir dəfə donu açılmış qidanın yenidən dondurularaq istifadə edilməsi yolverilməz hesab olunur, çünki bu zaman onun tərkibindəki zülallar, proteinlər və yağlar itir. Doydurucu bir nahar yeməyi və ara yeməyi qəbulu, meyvələrlə qidalanmaq gec saatlarda acmaq və yemək istəyini azaldır. Yatmazdan əvvəl duş qəbul etmək və bitki çayı içmək gec yatmağa və az yeməyə kömək edir. Axşamlar az və vaxtında yeməyi də vərdiş halına gətirmək lazımdır. Yuxu gəlməsə də, hər gün eyni saatda yatmağa cəhd göstərilməlidir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar