Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobal Aclıq İndeksi:Azərbaycan 119 ölkə içində 40-cı yerdədir

Dünyada aclığın azaldılması yönündə ardıcıl, uzunmüddətli irəliləyiş əldə olunub, amma bu proqres hamar getməyib

Sərt aclığın, pis qidalanmanın hökm sürdüyü ərazilər qalır, milyonlarla adam miskin həyat sürür.

Bütün bunları 2018-ci il Qlobal Aclıq İndeksi (QAİ) üzə çıxarıb. bÜmumilikdə, dünyada aclıq və yetərincə qidalanmama balı 20,9-dur, yəni 2000-ci ildən 28 faiz azalıb. Bu göstərici əsasən dörd kateqoriya üzrə yaxşılaşma sayəsində əldə olunub:

1) Yetərincə qidalanmamaq; 2) uşaqların boyunun inkişafdan qalması; 3) uşaqların zəifliyi; 4) uşaq ölümü.

Regionlar üzrə fərqlər

Aclıq səviyyəsi regionlar üzrə dəyişir. Cənubi Asiya və Afrikada Saharanın cənub hissəsində bu indeks uyğun olaraq 30,5 və 29,4-dür. Şərqi və Cənubşərqi Asiya, Yaxın Şərq, Şimali Afrika, Latın Amerikası və Karib hövzəsi, Şərqi AvropaMDB ölkələrində isə aclıq indeksləri 7,3- 13,2 arasında dəyişir ki, bu da aşağı, yaxud orta səviyyə sayılır.

Cənubi Asiya və Afrikada Saharanın cənub hissəsində yetərincə qidalanmama, uşaqların boydan qalması, zəifliyi və uşaq ölümü göstəriciləri qəbuledilməzə dərəcədə yüksəkdir. 2000-ci ildə Cənubi Asiyada uşaqların təxminən yarısı cırtdanboylu idisə, indi bu göstərici üçdə birə düşüb. Amma yenə də dünya üzrə uşaqların boyunun inkişafdan qalması ən çox bu regionda qeydə alınıb.

Azərbaycan 119 ölkə içində 40-cı yerdədir, aclıq indeksi 9,5-dir. 2010-cu ildə bu göstərici 12,3 olub.

Qonşulardan Rusiya 21-ci (6,1), İran 24 (7,3), Gürcüstan 30 (8,1), Ermənistan 25-cidir (7,6).

111-ci yerdə qərarlaşmış Əfqanıstanın aclıq indeksi 34,3-dür.

Artıq 13-cü ildir açıqlanan Qlobal Aclıq İndeksini “Concern Worldwide” və “Welthungerhilfe” təşkilatları hazırlayır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar