Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvanın vergi sistemi hələ də qarabağlıların əlindədir - erməni mətbuatı  

Ermənistanın yeni hakimiyyəti gəldiyi gündən Robert Köçəryan və Serj Sərkisyanın başını çəkdiyi “Qarabağ klanı”nın və Ermənistan Respublika Partiyasının kadrlarını təmizləməyə başlayıb

Erməni mətbuatının verdiyi xəbərə görə, bütün təmizləmələrə rəğmən bürokratik strukturlarda keçmiş iqtidara yaxınlığı ilə bilinən şəxslər hələ də mühüm vəzifələrdə qalıblar.

Ermənistanın 1-ci informasiya saytının verdiyi məlumata görə, Dövlət vergiləri üzrə komitənin sədri David Ananyan (əsas şəkildə) Serj Sərkisyan devrildikdən sonra belə respublikaçıları vəzifədə saxlamaqla bərabər, onlara yaxın yeni kadrlar işə götürür. Xəbərdə İrəvanın vergi sisteminin bütövlükdə Respublika partiyasının əlində olduğu vurğulanır.

Belə ki, “Sovetski” deyilən vergi bölgələrindən birinə keçmiş iqtisadiyyat naziri Suren Karayanın qaynı Artur Xaçaturyan rəhbərlik edir. Ananyanın müavinlərindən biri respublikaçı deputat Rüstəm Mahmudyanın qardaşı Rəşid Mahmudyan, digəri isə başqa bir deputat Qagik Arutunyanın qohumu Geqam İosipovdur.

İrəvanın Ərəbkir rayonunun vergi idarəsinə Robert Köçəryanın gəlininin xaç atası Tiqran Martirosyan başçılıq edir. Maştots rayonunun vergi idarəsi isə Respublika partiyasının önəmli isimlərindən (parlament fraksiyasının rəhbəri) Vaqram Bağdasaryanın qohumu Karen Sərkisyanın əlindədir. Erebuni rayonunun vergilərinə keçmiş baş nazir, əslən Azərbaycanın Əsgəran rayonundan olan Karen Karapetyanın himayəçiliyi altındakı Hrayr Karapetyan “baxır”.

Məqalədə bütün bu vergi müfəttişliklərinin işinə Tiqran Zakaryanın nəzarət etdiyinə diqqət çəkilir. Tiqran Zəkəryan isə Serj Sərkisyanın köməkçisi Martin Zəkəryanın qardaşıdır.

pia.az


Etiket: İrəvan vergi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar