Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacıbala Abutalıbov: “Badamdar sürüşmə zonasında gərginlik azalmayıb”

“Bakı şəhəri, Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı ərazidə sürüşmə davam edir, gərginlik azalmayıb”

Bunu Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.

O qeyd edib ki, həmin ərazidə olan 11 evin 8-nin divarındakı çatlar böyüyüb: “Bilirsiniz ki, həyətlərdə çatlar var, hamısına mayaklar qoyulub. Ərazidə çökmə də var”.

Baş nazirin müavininin sözlərinə görə, ərazidə yaşayan sakinlər çıxarılıb: “Əsas işimiz insanların köçürülməsi idi. Ərazinin su, elektrik və qaz təchizatı tamamilə dayandırılıb. Çalışırıq ki, gərginlik azalmasa da, artmasın. Ərazidəki 6 quyudan suyun çəkilməsinə başlanılıb. Bunun nəticəsidir ki, suyun səviyyəsi 232 metrdən 64 metrə enib. Amma bu, sünidir, nasosların fəaliyyətini dayandırsaq, yenidən suyun səviyyəsi qalxacaq”.

Qeyd edək ki, Badamdarda bu gün 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərargah yaradılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar