Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyə Nazirliyi cərrah Taryel Ömərovun barəsində araşdırmaya başladı

Səhiyyə Nazirliyi “Modern Hospital” klinikasında həkim Taryel Ömərov tərəfindən mədə kiçiltmə əməliyyatı olunandan 1 ay sonra dünyasını dəyişmiş 34 yaşlı Samir Dəmirovun ölümü ilə bağlı araşdırmaya başlayıb

Bunu virtualaz.org-a nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib. Onun sözlərinə görə, nazirliyin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi də araşdırma aparır.

Mərhumun yaxınları, eləcə də hüquq-mühafizə orqanları tərəfindən nazirliyə müraciət daxil olub. S.Əhmədova deyib ki, araşdırma bitəndən sonra nəticələr hüquq-mühafizə orqanlarına təqdim ediləcək.

Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirov “Modern Hospital” klinikasında həkim Taryel Ömərov tərəfindən mədəkiçiltmə əməliyyatı olunandan bir ay sonra dünyasını dəyişib. Virtualaz.org-a müraciət edən yaxınları mərhumun həkim səhvi nəticəsində dünyasını dəyişdiyini iddia etmişdi.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən də araşdırma aparılır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar