Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əməkdar jurnalist vəfat etdi

Əməkdar jurnalist, yazıçı, publisist Yusif Kərimov bu gecə vəfat edib

Bu barədə Ahıl Jurnalistlər Mərkəzinin rəhbəri Məzahir Süleymanzadə məlumat yayıb. O bildirib ki, Y.Kərimovla vida mərasimi bu gün saat 14:00-da yaşadığı evin qarşısında, Mirəli Seyidov küçəsi, 1 ünvanında keçiriləcək.

Xatırladaq ki, Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə şəhərində anadan olub. Burada 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun jurnalistika fakültəsində təhsil alıb. Beyləqan rayonunda "Yüksəliş" adlı rayonlararası qəzetin redaksiyasında məsul katib (1962-1964), "Bakı” qəzetində şöbə müdiri (1964-1973), Azərbaycan Televiziyasının gənclər üçün proqram Baş redaksiyasında şöbə müdiri, baş redaktor (1973-1978) vəzifələrində çalışıb.

"Azərbaycan gəncləri” qəzetinin redaktoru (1981-1995), Mərkəzi Seçki Komissiyasının mətbuat katibi (1995-1997), Azərbaycan Respublikası Ticarət Nazirliyi Mətbuat Xidmətinin rəhbəri (1997-2001) işləyib.

İqtisadi İnkişaf Nazirliyində mütəxəssis, Azərbaycan Yazıçılar İttifaqı Təftiş komissiyasının sədri (1986), Respublika Jurnalistlər Birliyinin sədr müavini (1987-ci ildən) kimi də fəaliyyət göstərib.

2010-cu ilde Prezident İlham Əliyevin sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb.(BakuPost)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar