Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bolton Cənubi Qafqaza doğru addımlayır… – Əsas hədəf İrandır

Stanislav Tarasov

“Regnum.ru”, 14.10.2018

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton xəbər verib ki, oktyabrın 20-də Rusiya-Azərbaycan-Ermənistan-Gürcüstan marşrutu üzrə işgüzar səfər etmək niyyətindədir.

“Reuters” onun sözlərinə isnadən dəqiqləşdirir ki, Bolton bu ölkələrdə “təhlükəsizliklə bağlı Amerikanın bir sıra maraqlarını yeritmək üçün həmkarları və başqa yüksəkməqamlı məmurlarla görüşməyi” planlaşdırır.

“Amerikanın səsi” daha bir neçə ayrıntını gətirir: Bolton Moskvada Rusiya Təhlükəsizlik şurası katibi Nikolay Patruşevlə görüşəcək, Rusiya XİN başçısı Sergey Lavrov tərəfindən qəbul edilə bilər. Donald TrampRusiya prezidenti Vladimir Putinin Helsinki sammitini hazırlamaq üçün Amerika prezidenti köməkçisinin əvvəllər Moskvaya uçduğu nəzərə alınarsa, ehtimal etmək olar ki, o bu dəfə də onların növbəti görüşünün süjetini hazırlayacaq. Xüsusən də Bolton və Patruşev avqustda Cenevrədə görüşdüklərinə görə. “Bu səfərin səbəbi, – Bolton deyib, – Tramp və Putinin yayda Helsinkidə başladıqları dialoqu davam etdirmək, ABŞRusiya arasındakı münasibətləri və harada irəliləyişə nail ola biləcəyimizi, daha harada problem və fikir ayrılıqlarımızın olduğunu müzakirə etməkdir”.

Lakin ABŞ prezidenti köməkçisi indi, onun sözlərinə görə, “çox əsaslı coğrafi rol oynayan, İran, Rusiya, Türkiyə ilə iş görən və buna görə seçilən Cənubi Qafqaza yollanacaq”.

Bolton Bakı, İrəvan və Tiflisə səfər edəndən sonra Moskvaya uçsaydı, durum özgə cür görünərdi. Amma bu ölkələrdə Moskva danışıqlarından sonra olacaq və görünür, bu gedişatda Qafqazın müəyyən, amma Yaxın Şərqdəki duruma bağlı adını çəkmədiyi problemləri müzakirə olunacaq. Güman olunur ki, diqqət mərkəzində İran və ola bilsin, Suriya olacaq. Amma ABŞ bu istiqamətlərdə müəyyən özəlliyi olan işlərlə uğraşır. Rusiya, İran və Türkiyə Suriya tənzimləməsində əsas zaminlər kimi çıxış edir. Bundan savayı, indi bu üç ölkə müxtəlif səbəblərdən Amerika sanksiyalarının fərqli basqısı altındadır ki, bu da bir çox yönlərdə onların mövqelərini yaxınlaşdırır. Lakin Boltonun bölgəyə səfəri zamanı müzakirələrin ən önəmli mövzularından biri İran məsələsi olacaqsa, AzərbaycanErmənistan – hətta Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq – enə də neytral mövqe tutacaq və Tehranla yaxşı qonşuluq münasibətlərinin saxlanmasına üstünlük verəcək. Həm də Bakı Baltikyanı ölkələri və İran üzərindən Hindistan arasında əlaqə yaratmağa nəzərdə tutulmuş “Şimal-Cənub” layihəsini həyata keçirməyə çalışır. Gürcüstan başqa məsələdir.

Bununla bağlı Türkiyənin “Yeni Çağ” nəşrinin yazdığı kimi, “ABŞ İranla müharibə şəraitində onu öz coğrafiyasının dərinliyi imkanından məhrum etmək üçün Gürcüstanın NATO ilə alyansından yararlanaraq öz döyüş gəmilərini Qara dənizə daxil etməyə əlləşir”.

Bu nəşrin fikrincə, Ankara bu ana doğru “McKinsey” (Nyu-Yorkda Türkiyə rəhbərliyinin iqtisadiyyatın bərpasında proqram tərtibi xahiş etdiyi konslatinq şirkəti) vasitəsilə ABŞ-a tamamilə tabe etdiriləcəyindən Vaşinqton bu durumda, 2003-də İraqın Amerika işğalından öncə olduğu kimi, – ki Boltonun da bunda birbaşa əli var idi – 63 min hərbçini yerləşdirmək üçün Şərqi Anadoluda öz bazalarını yaratmağa səy göstərəcək və Samsun və Trabzon limanlarını onun sərəncamına verməyi tələb edəcək.

Hadisələrin bu cür gedişi Cənubi Qafqazda da durumu prinsipialcasına dəyişdirə bilər. Amerikanın bir çox ekspertlərinin fikrincə, “ABŞ Vaşiqntona marağın itməsi üzündən orada öz nüfuzunu itirməyə başlayıb”. Düzdür, burada müəyyən çalar var idi. Elə həmin ekspertlər bir vaxtlar Cənubi Qafqazın xarici siyasət elitasına öz layihələri və ideyaları ilə Amerikanın siyasi bazarına girməyi təklif ediblər. Lakin Bakı özünün kürəsəl energetika layihələrini gerçəkləşdirərək, özünü, az qala, Avropanın energetik təhlükəsizliynə zamin kimi bəyan edərək bunu əvvəllər də edib, indi də belə edir. Bəs nəticəsi nədir? Ola bilsin, Bolton da İrəvanı KTMT-dən dərhal və sürətlə qoparmağa nail olımağın mümkünsüzlüyün anlayaraq Azərbaycana Dağlıq Qarabağ münaqişəsiylə bağlı hansısa yeni ideyalar təklif edəcək.

Hələlik isə Cənubi Qafqaza bu məqsədlə uçur ki, Cənubi Qafqaz dövlətlərinin sonrakı siyasi kursu haqda aydın təsəvvür əldə etsin, habelə İran məsələsi üzrə onların ayrıntılı mövqeyini dinləsin. Ola bilsin, bu haqda tezliklə daha ətraflı bilərik.(Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar