Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının bu hissəsində villalar çox ucuz qiymətə satışa çıxarıldı

2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilmiş istinad divarının yaxınlığında sürüşmə halları meydana gəlib

Baş verən hadisədən sonra, yəni, dünəndən etibarən ərazi yaxınlığında yerləşən villa və obyektlərin satışı da xeyli artb.

Belə ki, ərazidə yerləşən super təmirli, hündür mərtəbəli villaların qiyməti 150 min manatdan 3.5 milyon manatadək dəyişir. Badamdarda yerləşən villa və obyektlərin əksəriyəti mülklər vasitəçilər (maklerlər) tərəfindən satışa çıxarılıb. Əksəriyyətinin qiyməti 10 milyonlarla ölçülən bu mülklər dəyər-dəyməzə satılır. Hətta bəzi elanlarda real alıcı olacağı təqdirdə endirim də ediləcək.

Misal üçün dünəndən elan saytlarının birində Badamdarda 14 sotun içərisində 5 mərtəbəli 18 otaqlı villa 1.7 milyon manata satışa çıxarılıb. Halbuki, bu villanın dəyəri 3 milyon manatdan artıq qiymətləndirilir.

Göründüyü kimi, ərazidə sürüşmə hallarının baş verməsi, bu zonada yerləşən mülklərin də satışına böyük təsir göstərib. Bəzi oliqarxlar isə ərazidə yerləşən obyektlərini dəyər-dəyməzə satıb, canlarını dövlətin qara siyahısına düşməsindən qurtarmağa çalışırlar. Səbəbi də məlumdur.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü, əmlak eksperti Ramil Osmanlı bildirib ki, baş verən hadisədən sonra Badamdar ərzisində villalar və obyektlərin satış qiymətində 20-30 faiz ucuzlaşma qeydə alınacaq: “Bildiyiniz kimi, müəyyən dövrlərdə oxşar hadisələr baş verdiyi zamanı ucuzlaşmalar qeydə alınıb. Bunlara əsaslanıb demək olar ki, sürüşmə halları Badamdar qəsəbəsində qiymətlərə kifayət qədər təsir göstərir. Bakının Bayıl ərazisi kifayət qədər bahalı zonalarından biridir. Çünki bura şəhərə yaxın və dəniz kənarında yerləşdiyi üçün kifayət qədər bahalı ərazidir. Bu ərzilərdə yerləşən villa və obyektlərin 50 faizə qədər də ucuzlaşması qeydə alına bilər. Badamdarda 14 sotun içərisində 5 mərtəbəli 18 otaqlı villa hazırda 1.7 milyon manata satılırsa, bu məbləğ bir neçə il bundan əvvəl 2.5 hətta 3 milyon manata qədər idi. Çünki bu ərazilərdə tikilən villar da kifayət qədər bahalı materiallardan hazırlanıb. İndiki satış isə bəzən sözügedən materialların dəyərini heç ödəmir”. /Fed.az/

pia.az


Etiket: Badamdar villa ucuz

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar