Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"ABŞ sanksiya tətbiq etsə, İranla barışıb, Rusiyaya hərbi baza yaratmaq imkanı verəcəyik"

Turki əl-Dəxil

“Əl-Ərəbiyyə”

Sanksiyalarla bağlı Amerika təhdidlərinə cavab olaraq Səudiyyə Ərəbistanının bəyanatını oxudum. Səltənətdəki qərar qəbuledici dairələrdə dolaşan məlumatlar bəyanatda istifadə edilən çılpaq dildən kənara çıxır və Riyada sanksiyaların tətbiqi əleyhinə 30-dan çox potensial tədbir müzakirə olunub. Səudiyyə Ərəbistanının iqtisadi mühitinə nisbətən, daha çox ABŞ-ın iqtisadiyyatına zərər verəcək fəlakətli ssenarilər təqdim edilib.

ABŞ Səudiyyə Ərəbistanına sanksiyaları tətbiq edərsə, bütün dünya iqtisadi böhranla üzləşəcək.

Riyad – neftin paytaxtıdır və ona sərt toxunuş, istənilən həyati əhəmiyyətli əmtəədən əvvəl neft istehsalına təsir edəcək. Yəni Səudiyyə Ərəbistanı 7,5 milyon barel istehsaletmə öhdəliyini yerinə yetirməyə bilər.

Əgər neftin qiyməti 80 $-a çatanda prezident Tramp qəzəblənirsə, heç kim qiymətin 100, ya da 200 $-a, hətta bunun da ikiqat həddinə çatmasına heyrətlənməməlidir.

Bu gün dollarla satılan ən əhəmiyyətli mal neftdir. Amma neftin bir bareli başqa bir valyuta ilə, yəni dollar yerinə, Çin yuanı ilə satıla bilər.

Bütün bunlar Yaxın Şərqi, bütün müsəlman dünyasını, Vaşinqtona nisbətən Riyada yaxın olacaq İranın ağuşuna atacaq.

Səudiyyə Ərəbistanı yalnız neftlə bağlı deyil, o, müsəlman dünyasında daimi yeri olan və coğrafi əhəmiyyətli liderdir.

Bəlkə də, Riyadla Amerika və Qərb ölkələri arasında etibarlı məlumat mübadiləsi artıq keçmişdə qalıb, halbuki buna qədər Qərbin yüksək vəzifəli şəxsləri də təsdiqləyirdilər ki, milyonlarla qərblinin qorunmasına Riyad əvəzsiz töhfə verib.

Qərbin Səudiyyə Ərəbistanına istənilən sanksiyası krallığın, bir neçə gün əvvəl ABŞ prezidenti Donald Trampın dediyi kimi, digər variantlara müraciət etməsinə gətirib çıxaracaq: Rusiya və Çin Riyadın hərbi ehtiyaclarını ödəməyə hazırdır.

Heç kəs inkar edə bilməz ki, sanksiyalar nəticələrinə Səudiyyə Ərəbistanının şimal-şərqindəki Tabuk şəhərində Rusiya hərbi bazasının yaradılması ilə, Suriya, İsrail, Livan və İraqın dörd bir yanı Moskvanın nəzarətinə alınacaq.

“HƏMAS” və “Hizbullah”ın düşməndən dosta çevrildiyi zaman, Rusiyaya yaxınlaşma İrana yaxınlaşmağa və bəlkə də, onunla sazişə gətirib çıxaracaq.

Riyadın ABŞ-dan silah satın almasını dayandırması təəccüblü olmayacaq. Səudiyyə Ərəbistanı ABŞ şirkətlərinin ən mühüm müştərisidir, çünki bu şirkətlərin istehsal etdiyi silahların 10 faizini alır və ABŞ ordusundan 85 faizlik satınalma da ona məxsusdur; bu, dünyanın qalan hissəsinin cəmi 5 faizlik payı olduğunu bildirir; bundan əlavə, Riyadın ABŞ hökumətinə investisiyaları 800 milyard dollara çatır.

ABŞ, dünyanın ən yaxşı 20 iqtisadiyyatından biri sayılan Səudiyyə bazarından məhrum olacaq…

Bu, 30-dan çox tədbirin az bir hissəsidir. Riyad əleyhinə sanksiyalar tətbiq olunarsa, qərar qəbuledicilər əsla tərəddüd etməyəcək və Səudiyyə mənbələri söylənənləri təsdiqləyir.

Həqiqət budur ki, Vaşinqton Riyada sanksiyalar tətbiq edərsə, Riyadı arxadan bıçaqlama düşüncəsi yanlışdır – o, iqtisadiyyatını ölümə məhkum edəcək!

Tərcümə: Strateq.az

Qeyd: Turki əl-Dəxil “Əl-Ərəbiyyə”nin baş meneceridir. “Ukaz”, “əl-Riyaz”, “əl-Vətən” və s. nəşrlərdə də çalışıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar