Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni orfoqrafiya qaydaları təsdiqlənmək üçün hökumətə təqdim edildi – AMEA

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini təsdiqlənməsi üçün Nazirlər Kabinetinə (NK) təqdim edib

Bunu Trend-ə Orfoqrafiya Komissiyasının sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəylinin sözlərinə görə, sentyabrın ortalarında akademik Akif Əlizadənin sədrliyi ilə keçirilmiş Orfoqrafiya Komissiyasının iclasında yeniləşən orfoqrafiya qaydaları görkəmli dilçi alimlərin iştirakı ilə müzakirə edilib və bununla bağlı yekun qərar verilib: “Artıq yeni qaydalar layihəsində tərəflər üçün mübahisəyə səbəb olan heç bir məsələ qalmadı. Bu qərar verilərkən Azərbaycan dilinin qrammatik qaydaları, azərbaycançılıq meyarları və nəhayət, ictimai rəyi nəzərə aldıq. Elə məsələlər var ki, onlar bu gün deyil, bir qədər sonrakı mərhələdə gündəmə gələ və həll oluna bilər”.

İ.Həbibbəyli əlavə edib ki, yeni orfoqrafiya qaydaları layihəsi NK tərəfindən təsdiqləndikdən sonra hüquqi qüvvəyə minəcək.

Xatrladaq ki, Orfoqrafiya Komissiyasının iclasında iki maddə qəbul edilməyib. Həmin maddələr bunlar olub:

– Ərəb mənşəli -iyyat, -iyyət və -iyyə şəkilçilərində qoşa “y” samitindən birinin düşməsi;

Mövcud variant: ədəbiyyat, riyaziyyat, davamiyyət və s.

Təklif olunan variant: ədəbiyat, riyaziyat, mədəniyət, davamiyət, cərahiyə, maliyə və s.

Avropa dillərindən alınma sözlərdə söz ortasında qoşa “m” hərflərindən birinin düşməsi.

Mövcud variant: qrammatika, kommersiya, kommutator, kommensal, kommentari, kommentator, kommersant, simmetriya, kommunist, meqommetr, lemma (riyaz.), lemminq (-lər) (zool.) və s.

Təklif olunan variant: qramatika, komersiya, komutator, komensal, komentari, komentator, komersant, simetriya, komunist, meqometr, lema (riyaz.), leminq (-lər) (zool.) və s.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar