Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Birliyi ABŞ-la yollarını ayıra bilərmi?

İqtisadçı ekspert: “Düşünmürəm ki, Avropa Birliyi tərəfindən yaradılacaq hər hansı bir sistem son nəticədə problemə gətirib çıxara bilər”

“Əsas məsələlərdən biri ondan ibarətdir ki, bəzi Avropa Birliyi ölkələri, xüsusilə də Almaniya bu vahid sistemdən istifadədən narahatdır”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov İrana qarşı ABŞ-ın sanksiyalarının Avropanın maliyyə sisteminə təsirinin qarşısını almaq üçün Avropa Birliyinin formalaşdırmaq istədiyi yeni SVİFT (SWIFT) sistemini PİA.az-a şərh edərkən qeyd edib.

İrana qarşı ABŞ-ın sanksiyalarının maliyyə sisteminə təsirinin qarşısını almaq üçün Avropa dövlətləri yeni SVİFT (SWIFT) sistemi formalaşdırmaq niyyətindədir. Böyük Britaniyanın İrandakı səfiri Rob Məker deyib ki, “yeni sistem və mexanizm digər dövlətlərə də İranla ticarət mübadiləsi istiqamətində yol açacaq və imkanlar yaradacaq.”

Yeni sistemin ərsəyə gətirilməsinin asan olmadığını bildirən səfir bildirib ki, hazırda bunun üzərində iş gedir.

Qeyd edək ki, İranla nüvə sazişini imzalayan dövlətlər ABŞ sanksiyalarını təsiriz etmək üçün banklararası “Swift” sisteminin alternativi haqda düşünməyə başlayıblar.

İranın xarici işlər nazirinin müavini Əbbas Əraqçi bundan öncə məlumat verib ki, “İran və onun ticari şərikləri neft alqı satqılarını həyata keçirmək zamanı ABŞ sanksiyalarından yayınmaq üçün alternativ mexanizmlərin layihələrini hazırlayır.” O əlavə edib ki, “Tehran “Swift” sisteminin (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) alternativinin yaradılmasını istisna etmir.

Beynəlxalq maliyyə sektorunda bank sisteminə nəzarətin parçalanması hansı nəticələrə səbəb ola bilər və bu ABŞ-la Avropanın siyasi-iqtisadi cəhətdən parçalanmasına yol aça bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.

Rəşad Həsənov: “Əgər yeni sistem bazarda pay sahibi olacaqsa, bu zaman tərəflər artıq sistemlərin inteqrasiyası istiqamətində də addımlar ata biləcəklər”.

Yeni sistemin baş tutacağı halda belə, bu bank sferasının nəzarətinin zəifləməsi anlamını daşımayacağını vurğulayan iqtisadçı Rəşad Həsənov fikrini belə əsaslandırıb ki, Avropa Birliyi kifayət qədər strukturlaşmış, institutlaşmış və eyni zamanda maliyyə bank sektoruna nəzarət edə bilən bir mərkəzdir. Bu baxımdan da düşünmürəm ki, Avropa Birliyi tərəfindən yaradılacaq hər hansı bir sistem son nəticədə problemə gətirib çıxara bilər:

“Onsuz da ABŞAvropa fərqli-fərqli maraq qruplarıdır. ABŞ ayrıca bir dövlətdir. Avropa Birliyinin strukturunda da kifayət qədər, yəni 27 dövlət var. Ola bilər ki, hansısa sferada onların maraqları üst-üstə düşsün. Amma eyni zamanda bir sıra məsələlərdə də biz müşahidə edirik ki, onlar daha fərqli siyasət həyata keçirirlər. O cümlədən İranla bağlı məsələdə. Artıq İranla bağlı fərqli siyasətin nəticələri də göz qabağındadır.

SVİFT (SWIFT) sisteminə alternativin yaradılması təbii ki, müəyyən mənada bu istiqamətdə imkanların şaxələndirilməsinə şərait yaratmaqla son nəticədə xidmətlərə çıxış imkanlarını artıra bilər. Məsələn daha çox növbəti dövrlərdə, xüsusilə ABŞ-la münasibətləri gərgin olan İran, bəzi dövrlərdə Rusiya kimi ölkələrin bu xidmətlərdən istifadəsi üçün müəyyən mənada seçim yaranır. Amma əsas məsələlərdən biri ondan ibarətdir ki, Avropa Birliyi, xüsusilə də Almaniya (ilk dəfə alternativ sistemin yaradılması istiaqmətində fikir Almaniyada yaranıb) bu vahid sistemdən istifadədən narahatdır. Bununla bağlı Almaniya öz mövqeyini də ortaya qoyur.

Rəşad Həsənov: “Avropa Birliyinə yeni sistemin yaradılması və ümumiyyətlə işləməsinin təmin edilməsinə görə təxminən 5-10 il arasında vaxt lazım ola bilər”.

Qeyd edim ki, yeni sistemin baş tutacağı halda belə, bu bank sferasının nəzarətinin zəifləməsi anlamı daşımayacaq. Çünki Avropa Birliyi kifayət qədər strukturlaşmış, institutlaşmır və eyni zamanda maliyyə bank sektoruna nəzarət edə bilən bir mərkəzdir. Bu baxımdan da düşünmürəm ki, Avropa Birliyi tərəfindən yaradılacaq hər hansı bir sistem son nəticədə problemə gətirib çıxarda bilər.

Yaradılacaq sistem artıq bazarda müəyyən paya və xüsusi çəkiyə malik olacaq. Çünki Avropa Birliyinin özünün strukturunda kifayət qədər çoxlu sayda ölkələr və kifayət qədər dövriyyə var. Bu da Avropa Birliyi tərəfindən yeni yaradılmış sistemin inkişafı üçün bir baza rolunu oynayır. Əgər yeni sistem bazarda pay sahibi olacaqsa, bu zaman tərəflər artıq sistemlərin inteqrasiyası istiqamətində də addımlar ata biləcəklər.

Yaradılan yeni sistem kifayət qədər mürəkkəb bir prosesdir. Qısa müddətli dövrdə həllini tapa bilən məsələ deyil. Mən düşünürəm ki, əgər bu gündən başlayarlarsa, Avropa Birliyinə yeni sistemin yaradılması və ümumiyyətlə işləməsinin təmin edilməsinə görə təxminən 5-10 il arasında vaxt lazım ola bilər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Samir Şərifov: Hökumət dəmir yolu infrastrukturu üçün AİB-dən vəsait cəlb edə bilər

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - Yenilənib

Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət aslanların kimliyi məlum olub - Yenilənib

Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq müzakirə edilib - Yenilənib

Tacikistan və Özbəkistan arasında ümumi sərhədin demarkasiyası müzakirə olunub

Ən çox oxunanalar