Yəmənin Hodeyda əyalətində içərisində mülki vətəndaşların olduğu mikroavtobusa endirilən raket zərbəsi nəticəsində azı 15 nəfər ölüb, 20 nəfər yaralanıb
RİA "Novosti" xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiya İdarəsi məlumat yayıb.
Bundan əvvəl Yəmən üsyançıları Səudiyyə Ərəbistanına məxsus tankı vurublar.
pia.az