Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökumətin diqqətinə: Yeni inşa edilən Mingəçevir-Bəhramtəpə magistralı çökə bilər

Sentyabr ayının 13-də saytımızda dövlətin milyonlarla vəsaiti hesabına yenidən qurulan Mingəçevir-Bəhramtəpə yolunun təhlükə qarşısında olması barədə xəbər vermişdik

Həmin xəbərdə Mingəçevir-Bəhramtəpə magistralında aparılan işin texniki keyfiyyəti barədə yox, yolun gələcək taleyi barəsində yaşanacaq problemlərdən bəhs olunurdu. Belə ki, Mingəçevir-Bəhramtəpə magistralının inşası zamanı rayonun Binyadlı kənd Bələdiyyəsinin ərazisindən çıxarılan qum, çınqıl yataqlarını şirkət torpaqla doldurmayıb. Əvəzində isə hansısa yerli oliqarx məmur həmin çınqıl yataqlarını balıq göllərinə çevirib. Əlbəttə, ilk baxışdan əhalisinin sosial vəziyyəti heç də qənaətbəxş olmayan bir rayonda balıqgöllərinin yaradılması iqtisadi inkişaf, yeni iş yerlərinin açılması kimi görünə bilər, ancaq təəssüf ki, yeni yaradılan bu göllərin bəzilərinin dövlətin milyonlarla vəsaiti hesabına ərsəyə gələn, strateji cəhətdən olduqca mühüm olan Mingəçevir-Bəhramtəpə magistralının 50 addımlığında olmasıdır.


Fövqaladə Hallar naziri Kəmaləddin Heydərov

Qeyd edək ki, burada ümumi sahəsi 15 ha yaxın olan ərazidə 5 (beş) balıq gölü yaradılıb. Həmin göllərə hazırda Yuxarı Qarabağ kanalına atılan boru vasitəsi ilə su axıdılır. Balıq göllərinin bütün ətrafı əkin sahələri və yararlı torpaqlarla əhatələnib. Ərazidən qum-çınqıl çıxardaraq dövlətin yeraltı sərvətini talayan "Polat Yol Yapı” şirkəti sonradan qazdığı topraq sahələrini doldurmaq əvəzinə ərazini başlı-başına buraxıb.

Araşdırmalarımız onu göstərir ki, gələcəkdə bu göllərin yeni çəkilən və dövlətə yüz milyonlarla manata başa gələn Mingəçevir–Bəhrəmtəpə magistralı üçün böyük təhlükə mənbəyinə çevriləcəyi artıq indidən bəllidir. Çünki göllərdəki böyük su miqdarı yolun asfalt örtüyünün altını tədricən yumağa başlayacaq ki, bu da bir müddətdən sonra yolun dağılmasına gətirib çıxardacaq.

"Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov

Həmçinin onu da qeyd etmişdik ki, Beyləqan rayonunun Binyadlı kəndində yaşanan mövcud acınacaqlı durumdan aidiyyatı orqanların - Ekologiya və Təbii Sərvətlər nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və eləcə də "Azəravtoyol" ASC-nin rəhbərliyinin xəbərləri yoxdur.

Qlobal.az Mingəçevir-Bəhramtəpə magistralının 50 addımlığında yaradılan göllərlə bağlı araşdırmalarını davam etdirib.

Araşdırmalarımız zamanı məlum oldu ki, Mingəçevir-Bəhramtəpə magistralının Beyləqan rayonunun Bünyadlı bələdiyyəsi ərazisindəki hissəsində magistralın 50 addımlığında göllərin yaradılması Azərbaycan Respublikasının "Yerin təki haqqında Qanunu"nun bir sıra maddələrinə ziddir.

Məsələn, biz qeyd etmişdik ki, bu göllər magistralın çəkilişi zamanı Polat Yol Yapı şirkəti tərəfindən qazılıb. Buradan yolun istifadəsi üçün çıxarılan qum-çınqıl məhsullarının dövlətin aidiyyatı (Vergi, Ekologiya və Təbii Sərvətlər və İqtisadi İnkişaf nazirlikləri) qurumlarından gizlədildiyi, daşınan qum-çınqıl məhsullarından əldə edilən yüz minlərlə manatın şirkət rəsmiləri, yerli icra hakimiyyətinin vəzifəli şəxsləri və qeyd olunan göllərin heç bir aidiyyatı qurumun adını açıqlamadığı sahibi tərəfindən mənimsənilib.



Biz səslənən bu iddiaların üzərində çox dayanmayaraq konkret olaraq Mingəçevir-Bəhramtəpə magistralının Beyləqan rayonunun Bünyadlı bələdiyyəsi ərazisində qum-çınqıl məhsullarının çıxarılması məqsədilə qazılan, ancaq sonradan balıq göllərinə çevrilən yataqların qanun pozuntusu olduğunu isbat edəcəyik. Belə ki, qum-çınqılın çıxarılması məqsədilə qazılan yataqların sonradan balıq gölünə çevrilməsi Azərbaycan Respublikasının "Yerin təki haqqında Qanunu"nun 46-cı maddəsinin 2-ci bəndinə (yerin təkindən özbaşına istifadə edilərsə) əməl edilməyib.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev

Həmçinin, Yerin təki Haqqında Qanunun 24-cü maddəsinin də aşkar pozulduğu deyilir. Həmin maddənin 1 və 2-ci bəndində müvafiq olaraq deyilir ki, "Xüsusi razılığın və ya icazənin qüvvədə olması müddəti başa çatdıqda, yaxud yerin təkindən istifadə hüququna vaxtından əvvəl xitam verildikdə faydalı qazıntıların çıxarılması üzrə müəssisələr və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğular ləğv və ya konservasiya edilməlidir. Bu proses başa çatanadək yer təkinin istifadəçisi bu Qanunla onun öhdəsinə qoyulmuş məsuliyyəti daşıyır".

Eyni zamanda qeyd edilən Qanunun 21-ci maddəsinin də bir sıra bəndlərinə - yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi, faydalı qazıntı ehtiyatlarının, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edilən yer təki sahələrinin dövlət ekspertizasının və dövlət uçotunun aparılması qaydalarına əməl edilmədiyi deyilir.

Onu da qeyd edək ki, Mingəçevir-Bəhramtəpə yolunun Beyləqan rayonunun Bünyadlı bələdiyyəsi ərazisində olan göllərin sahibi əgər yerli icra hakimiyyəti ilə hər hansısa sənədləşmə aparsa belə, mövcud qanunvericiliyə görə bu sənədin hüquqi qüvvədə qalmasına xitam verilir. Buna səbəb isə yuxarıda da qeyd etdiyimiz kimi göllərin bəzilərinin dövlətin milyonlarla vəsaiti hesabına inşa edilən magistral yola yaxın olmasıdır. Yerin təki Haqqında Qanunun 18-ci maddəsinin 4-cü bəndində də qeyd edilir ki, əgər istifadəsi təbii fəlakət yaranarsa yerin təkindən istifadə hüququna xitam verilir. Eyni zamanda ərazidən istifadə qanunla tam məhdudlaşdırıla da bilər. Çünki qanunun 11-ci maddəsində - Yer təkinin ayrı-ayrı sahələrindən istifadə ölkə təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin etmək məqsədilə məhdudlaşdırıla, yaxud qadağan edilə bilər. Əgər yaşayış məntəqələrinin, şəhərətrafı zonaların, sənaye, nəqliyyat və rabitə obyektlərinin ərazilərində yerin təkindən istifadə insanların həyat və sağlamlığına təhlükə törədərsə, təsərrüfat obyektlərinə və ya ətraf mühitə zərər vurarsa, o, qismən və ya tamamilə qadağan edilə bilər - də göstərildiyi kimi Bünyadlı kəndi ərazisində vurğuladığımız göllər ölkə əhəmiyyətli Mingəçevir-Bəhramtəpə nagistralının təhlükəsizliyinə ciddi əngəl yaradır.

##relatedPostMilli##
Yerin təki Haqqında Qanuna istinadən yuxarıda göstərdiyimiz faktlarla yanaşı Beyləqan rayonunun Bünyadlı bələdiyyəsi ərazisində olan qum-çınqıl yataqlarının istismarı zamanı rekultivasiya qaydaları da pozulub. Məhz bunun nəticəsidir ki, bir neçə ay əvvəl qum-çınqıl çıxarılan yataqlar indi balıq göllərinə çevrilib. Halbuki, qanunvericiliyə görə həmin ərazilərdən qum-çınqıl çıxarıldıqdan sonra ərazi bütünlüklə rekultivasiya edilməli, yəni minimum ətraf ərazilərdə olduğu kimi torpaq kateqoriyasına uyğun keyfiyyət göstəricili torpaqla doldurulmalı, əkin-biçinə yararlı vəziyyətə gətirilməli idi. Ancaq göründüyü kimi bu qaydalar da gözardı edilib.

Məsələyə Fövqaladə Hallar Nazirliyindən, "Azəravtoyol" ASC-dən və Ekologiya və Təbii Sərvətlər nazirliyindən münasibət öyrənməyə çalışsaq da, qarşı tərəf heç bir münasibət bildirmədi.

Beyləqan rayon İcra Hakimiyyəti başçısının müavini Məhəmməd Qələndərov

Beyləqan rayon İcra Hakimiyyətinin başçısının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məhəmməd Qələndərov isə Beyləqan rayonunun Bünyadlı bələdiyyəsi ərazisində Mingəçevir-Bəhramtəpə magistralının yaxınlığındakı göllərin hansı formada fəaliyyət göstərdiyi və dövlət qeydiyyatına alının-alınmaması ilə bağlı suallarımıza məsələni dəqiqləşdirib cavablandıracağını desə də, sonradan heç bir cavab vermədi.

Beyləqan rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Xaliq Məmmədov isə Bünyadlı bələdiyyəsinin ərazisindəki göllərin onlarda qeydiyyatda olmadığı dedi.

Mənbə: Qlobal.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar