Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə niyə Bransonu buraxdı? – Səbəblər

“Fəratın şərqinə yönəlik gözlənilən antiterror əməliyyatında ABŞ-ın tərəfsiz olmasına çalışılır”

Rahib Branson məsələsinə bundan əvvəl Türkiyəyə qarşı başladılan və sistemli xarakter alan “Gəzi” hadisələri, 17-25 dekabr MİT böhranı, artan terror hadisələri, 15 İyun dövlət çevrilişinə cəhd, Suriyanin şimalında formalaşdırılmağa çalışılan PKK terror dövləti də daxil olmaqla, bir-biri ilə əlaqəli olan imperial layihələrin tərkib hissəsi kimi baxmaq lazımdır.

Bu sözləri Axar.az-a açıqlamasında Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu deyib. O bildirib ki, amerikalı missioner rahib Branson hadisəsinin əlbəttə, görünən tərəfiylə yanaşı, görünməyən tərəfləri də var:“Türkiyəyə qarşı aparılan siyasətin əsas səbəbi Ankaranın son on ildə daxili və xarici siyasətdə həyata keçirməyə çalışdığı müstəqil siyasi kurs və geniş mədəniyyət coğrafiyalarında yaşayan qardaş xalqlarla birlikdə yeni dünya nizamında layiq olduğu güclü mövqeyi əldə etmə istəyidir. Türkiyəyə qarşı son illər filmlərə mövzu olacaq bir kəşfiyyat savaşı aparılır. Ankara bir-birinin ardınca bütün oyunları tərsinə çevirərək güclənir. Əvvəl-axır dünya Türkiyənin bu tarixi missiyası, gücü, apardığı müstəqil siyasətlə razılaşmaq məcburiyyətində qalacaq. ABŞ Türkiyə olmadan Avrasiya regionunda strateji bir təsir icra edə bilməz. Bu mənada Branson məsələsi təfərrüatdır”.

T.Nüsrətoğlu vurğulayıb ki, Türkiyənin bölgə ilə, dünya nizamı ilə bağlı daha ciddi planları, hədəfləri var:“Missioner rahibə cəza verərək ölkəsinə göndərmək, seçkilər ərəfəsində Trampın, evangelistlərin əlini gücləndirmək doğru, rasional bir addım idi. ABŞ-ın daxili siyasətində şiddətli mübarizə gedir. Dünya bunu bilmir. Tramp üçün bu seçkilər həyati əhəmiyyət kəsb edir. Türkiyənin bu addımı istər-istəməz münasibətlərin xarakterinə, inkişafına müsbət təsir edəcək. Artıq həm Trampla, ABŞ-la münasibətlər yumşaldılır, həm də Fəratın şərqinə yönəlik gözlənilən antiterror əməliyyatında ABŞ-ın tərəfsiz olmasına çalışılır. Digər tərəfdən ABŞ Türkiyəyə qarşı Suriyanın şimalında bir PKK dövlətinin qurulmasının mümkün olmadığını da gördü. Qısacası, Ankarasız Avrasiyada təsirli bir siyasət həyata keçirmək mümkün deyil. Ona görə də Türkiyənin Fəratın şərqində terror təşkilatı olan PKK\YPG-yə qarşı gözlənilən əməliyyatına da ABŞ-ın səs çıxarmayacağı ehtimalı böyükdür. ABŞ-ın təyin etdiyi son Suriya təmsilçisi də Ankaraya yaxın olan diplomatdır. Bu mənada rahib Bransonun azadlığa çıxmasının Türkiyənin milli maraqları üçün müsbət nəticələrə gətirib çıxaracağını düşünürəm”.

Qeyd edək ki, rahib Branson ötən gün İzmir Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

pia.az


Etiket: Türkiyə Branson

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar