Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə mənşəli Rusiya məşhurları –Araşdırma  

Fuad Səfərov

“Medya Gunlugu” (Türkiyə)

 

Sovet İttifaqının dağılmasından keçən, demək olar, 30 il boyunca türklər və ruslar arasında on minlərlə nigah bağlanıb. Sovet dönəmində, bəzi istisnalarla, türk və rusları bir dam altında birləşdirən qarışıq nigahlarla rastlaşmırıq, anma daha erkən dövrlərdə, yəni çarizm zamanında çox tez-tez olmasa da, bu cür ittifaqlar olurdu. Türkiyə-Rusiya ailələrindən çıxanların bəziləri ad-san qazanıb və Rusiya tarixinə daxil olub…

Şair Vasili Jukovski (1783-1852)

Rus poeziyasında romantizmin banisi Vasili Jukovski mülkədar Afanasi Bunin və əsir türk qadını Səlhanın oğluydu. Səlha 1770-ci ildə Rusiya-Türkiyə savaşı zamanı Bender qalasına (Moldova) hücumda əsir düşüb. Şair gələcək imperator II Aleksandrın müəllimi olub. II Aleksandr bir çox baxımdan Jukovskinin təsiri altında XIX əsrdə Rusiyada önəmli islahatlar keçirərək, ölkədə radikal dəyişikliklər edib. 1861-ci ildə təhkimçilik hüququnun ləğvi haqda qərar bu sıradan idi.

Moskvanın şəhər başçısı Nikolay Alekseyev (1852-1893)

Məlumdur ki, çar dönəmində Moskvanın şəhər başçısı vəzifəsini tutmuş məşhur siyasətçi Nikolay Alekseyevin nənəsi türk qadını idi. Moskvada mühüm infrastruktur və sosial-mədəni layihələr başlatmış Аlekseyev Mixail XVIII yüzillikdə Osmanlı imperiyasından Rusiyaya gəlmiş yunan mənşəli Bostanjoqlonun (ehtimal ki, Bostancıoğlu-red.) nəvəsiydi. Alekseyev 1885-ci ildə 33 yaşındaykən Moskvanın şəhər başçısı olub. Müasirləri gənc şəhər rəsini belə təsvir ediblər: çalışqan, işsevər, istedadlı, qətiyyətli, islahatçı. Rusiya jurnalisti Oleq Foçkin Alekseyevin talantından danışaraq qeyd edib: “Onda nənəsinin türk qanı da axırdı”.

Admiral Aleksandr Kolçak (1874-1920)

Admiral Kolçak I dünya savaşında donanmaya uğurlu komandanlıq edib. Admiral 1917-ci il inqilabından sonra bolşeviklərə qarşı vuruşub. Sibir və Ural ərazisində antibolşevik hökuməti yaratmış Kolçak iki ildən sonra həbs olunub və bolşevik rəhbərliyi tərəfindən güllələnib. Rusiya tarixçiləri iddia edirlər ki, Kolçak İlyas Kolçak Paşanın nəslindən çıxıb. Məlumat verilir ki, Xotin qalasının (Ukrayna) hərbi rəisi İlyas Kolçak Paşa rus feldmarşalı Xristofor Minix tərəfindən əsir götürülüb, sonradan Polşaya köçüb, onun törəmələri isə 1794-də Rusiyaya köçüblər.

Anna Timiryeva (1893-1975)

Rus rəssamı və şairəsi Timiryeva admiral Kolçakın sevgilisi kimi tarixə düşüb. Timiryeva sovet dönəmində ömrünün bir hissəsini sürgündə keçirib. Onun nənəsinin türk mənşəyi haqda məlumdur. Timiryeva məşhur “Hərb və sülh” sovet filminin çəkilişində kübar cəmiyyəti təsvir edən rəqs səhnələrində məsləhətçi işləyib.

Vadim Kojevnikov (1909-1984)

Sovet yazıçısı və jurnalisti, Sosialist Əməyi Qəhrəmanı Kojevnikovun nənəsi də türk mənşəliydi. Qızı Nadejda Kojevnikovanın nağıl etdiyinə görə, jurnalistin ulu babası Rusiya-Türkiyə savaşı zamanı türk qızıyla tanış olub və onunla evlənərək Rusiyaya gətirib.

Vadim Kojevnikov Moskvada yazıçılar qəsəbəsi Peredelkinoda məşhur türk şairi Nazim Hikmətin qonşusuydu. Nazim ona belə müraciət edərdi: “Mənim türk qardaşım”.

Konstantin Paustovski (1892-1968)

Məşhur sovet yazıçısı Paustovskinin nəslində də türklər olublar. Paustovski Nazim Hikmətə məktubda öz hisslərini bölüşüb: “Ola bilsin, bizim qarşılıqlı rəğbətimiz bununla izah olunur ki, mən yarıtürkəm. Nənəm Frakiyada Kazanlıkda doğulub. Qürur duyuram ki, məndə türk qanı var. Mən türk kəndli və fəhlələrini çox sevirəm”.

Salih Lütfiyeviç (1946)

Sovet və Rusiya idman cəmiyyətində məşhurlaşmış Salih Lütfiyeviç Salih Hacıoğlunun, yəni Türkiyə Kommunist Partiyasının qurucularından birinin nəvəsi olur. Habelə Aleksandr Hacioğlu adıyla tanınmış Salih Lütfiyeviç 1960-cı illərdən başlayaraq Rusiya futbol klublarında, hər şeydən qabaq Moskva “Dinamo”sunda oynamış hörmətli futbol xadimidir, sonralar isə “Spartak”da (Moskva) və Rusiya millisində işləyib.

Semyon Budyonnı

Rusiyanın görkəmli teatr və kino aktyoru Mixail Derjavin Sovet İttifaqı marşalı Semyon Budyonnı haqda xatirələrini bölüşərkən çar dövründəki Rusiya-Türkiyə nigah birlikləri mövzusuna toxunub: “Don kazaklarının, demək olar, hamısı donqaburundur. Budyonnıda da beləydi. O, mənə izah edərdi: “Bizim ulu babalar Türkiyədən qız oğurlayardılar. Axı onlar qəribə xörəklər bişirərdilər, yaxşıydılar, boy-buxunluydular, bircə rusca pis danışırdılar, lal-dinməzdilər”.

Sergey Karaqanov

Bütün bu məşhur şəxslərə əlavə olaraq türk qaynaqlı rus soyadları var. Məsələn, Karaqanov… Rusiya xarici və müdafiə siyasəti üzrə Şurasının fəxri sədri Sergey Karaqanov özü danışıb ku, türk soyadı daşıyır: “Hər şeydən öncə qeyd edim: soyadım türkmənşəli sayılır. Kökü “Karaqan” “Karaxan”, yəni “Kara xan” sözündən qaynaqlanır. Böyük xan”.

“Türçak” soyadı da var. Rusiyanın tarixi qaynaqlarına əsasən, bu soyadını türk hərbi əsirlərinin törəmələrinə veriblər. Bu soyadını daşıyanlardan biri “Vahid Rusiya” hakimiyyət partiyası Baş Şurasının katibi, Pskov vilayətinin keçmiş qubernatoru Andrey Turçakdır (1975-də anadan olub)…

Tərcümə Strateq.az-ındır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar