Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arda Turan davadan danışdı: prezidentdən üzr istəyəcəm və...

Bəhs edilən adamın reaksiyasına qarşı isə pis bir hərəkət etdiyimi qəbul edirəm

“Söhbət Arda Turandan düşəndə media gerçəkləri deyil, dedi-qoduları yazmağa üstünlük verir, amma bu dəfə həmişəkindən fərqli olaraq, məni çirkin bir iftira ilə sadəcə ictimaiyyətin önünə deyil, 8,5 aylıq hamilə həyat yoldaşımın də qarşısına atdılar. O gecə nələr olduğunu uzun-uzun izah edərəm. Orada olan xanımların heç birini tanımadığımı, heç biriylə özümü və ailəmi aşığılayacaq dialoqa əsla və əsla girmədiyimi uzun-uzun açıqlayaram, amma üzərimə atılan böhtan haqqında ən yüngül kəlməni istifadə etməyə üstünlük verirəm: yalan. O gecənin başlanğıcında olanlarla bağlı başqa heç bir şey söyləməyə ehtiyac duymuram.

Başqa biri olsa, belə sərt reaksiya verərmiydi? Yox, belə bir reaksiya verməzdim deyə bilərsiniz, amma keçmişdə baş verənləri bilənlərə nə üçün belə etdiyimi anlamaq çətin olmayacaq. Yenə də kobud reaksiya verdim. O gecə təəssüf hissimi özünə də ifadə etdim. Mən peşəkar bir idmançıyam və qəzəbimə nəzarət etməyi öyrənmək məcburiyyətindəyəm. Bu, həm meydançada, həm də şəxsi həyatımda keçərlidir".

Publika.az xəbər verir ki, bu sözləri futbolçu Arda Turan instaqramda yazıb. O, gecə klubunda xanımına sataşdığı, daha sonra isə burnunu sındırdığı müğənni Berkayla arasında baş verənlərlə bağlı sosial şəbəkədə geniş açıqlama verib. Arda şəxsi hesabından verdiyi açıqlamada Berkay Şahinin həyat yoldaşına sataşmadığını, yayılan söz-söhbətin yalan olduğunu yazıb.

Daha sonra Arda Turan hamilə xanımını evdə qoyub gecə saatlarında əyləncə məkanına getdiyi üçün ona haqsızlıq etdiyini bildirib:

“Sabah daha bir açıqlama yazaraq həm klubumdan, həm komanda yoldaşlarımdan, həm də prezidentimdən xüsusi halallıq istəyəcəyəm, amma bu bir neçə cümlənin səbəbkarı həyat yoldaşım Aslıhandır. Gördüyüm hər şeyi öz vicdanıma açıqlaya bilərəm. Bir tək şey istisna: səbəbi nə olursa olsun, bir neçə gün sonra doğum etmək üzrə olan həyat yoldaşımı evdə qoyub gecəyarı əyləncə məkanına getməməliydim. Bu hərəkətimdən sonra özümü məruz qoyduğum bu qədər böhtanı düşündükcə ona böyük bir haqsızlıq etdiyimi hiss edirəm və ürəyim yanır. Barəmdə böhtanlar və yalanlar vecimə deyil. Özümlə təkbətək qalanda bunların hamısının yalan olduğunu bilirəm və bu, mənə kifayətdir. Məni narahat edən tək şey həyat yoldaşım Aslıhandır. Çox sevdiyim həyat yoldaşımın məni məndən daha yaxşı anlamasına baxmayaraq, özümü bağışlamıram. Madam ki, bir açıqlama vermək tələb olunur, o zaman açıqlayım: Bir daha həyat yoldaşımın belə bir şeylə üz-üzə qalmasına heç vaxt yol verməyəcəyəm".

pia.az


Etiket: Arda Turan dava

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar