Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Facebook” nəhayət etiraf etdi:Hakerlər 29 milyon istifadəçinin məlumatlarını oğurlayıb

“Facebook” sosial şəbəkəsinin sentyabr ayındakı haker hücumu nəticəsində 29 milyon istifadəçisinin məlumatı ələ keçirildiyini bildirib

Bu barədə sosial şəbəkə öz bloqunda yazıb.

Hakerlər “Facebook” sosial şəbəkəsinin kodunda 2017-ci ilin iyul ayından 2018-ci ilin sentyabr ayına qədər mövcud olmuş boşluqdan istifadə edərək, məlumatları toplaya biliblər. Şirkət bu boşluğun “View as” funkisyasının kodunda olduğu müəyyən etdiklərini artıq bildirmişdi. Kodda mövcud olan boşluq istifadəçilərin unikal açarlarını görmək imkanı verirdi. Token adlanan bu unikal açar istifadəçiyə hər dəfə şifrəni yazmadan hesabına daxil olmağa kömək edirdi.

Bu boşluğa görə hakerlər 400,000 insanın, onların dostlarının və dostlarının dostlarının tokenlərini oğurlaya biliblər. Bütövlükdə hakerlər 29 milyon insanın məlumatlarını əldə ediblər.

Hakerlər həmin istifadəçilərin 15 milyonunun hesabından onların adlarını, telefon nömrələrini və elektron poçt ünvanlarını götürə biliblər. Digər 14 milyon istifadəçinin isə yuxarıdakı məlumatlara əlavə olaraq, hesabda qeyd edilən digər məlumatları da hakerlərin əlinə keçib. Həmin məlumatlara cins, dil, evlilik statusu, din, doğulduğun şəhər, yaşadığın şəhər, doğum tarixi, təhsil, iş yeri, istifadə edilən cihaz və s. daxildir.

Hakerlər daha 1 milyon istifadəçinin hesabına daxil ola bilsələr, onların hesabından heç heç bir məlumat əldə edə bilməyiblər.

Şirkət bildirir ki, bu haker hücumu Messenger, Messenger Kids, Instagram, WhatsApp, Oculus, Workplace, Pages, ödənişlər, digər tətbiqetməkər, reklamçıların və proqramçıların qeydlərinə toxunmayıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Sosial şəbəkə əlavə edib ki, haker hücumu ilə bağlı Federal Təhqiqatlar Bürosu (FBR) ilə əməkdaşlıq edilir və onlar tərəfindən hücumun arxasında kimlərin dayana biləcəyi ehtimalları haqqında heç bir qeyd edilməməsi xahiş edilib.

“Facebook” sentyabr ayında koddakı səhvə görə hakerlərin təxminən 50 milyona qədər istifadəçinin məlumatını ələ keçirdiyini bildirmişdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar