Ukrayna ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, Niderland, Polşa, Rumınya və Estoniya ilə birgə hərbi-hava təlimləri keçirir
Bu müstəqillik qazandıqdan sonra ölkənin keçirdiyi ilk çoxmillətli təlimdir.
“Reuters”-in məlumatına görə, oktyabrın 8-dən başlayan “Açıq səma 2018” təlimləri ayın 19-dək davam edəcək. Təlimlər Kiyevin 320 kilometrliyindəki Starokonstantiniv hərbi-hava bazasında keçirilir. Pilotlar oktyabrın 12-də müxtəlif şəraitlərdə uçuş və eniş edib, hərbi qulluqçuların evakuasiyasını məşq ediblər. Hərbi təlimlərdə Ukraynanın SU-24, SU-27 və MİG-29 təyyarələri, Həmçinin ABŞ hava qüvvələrinin F-15 qırıcıları iştirak ediblər.
pia.az