Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nurməhəmmədov 2 milyon dolları almadı, yazdı: Sən əsl kişisən!

“50 Cent” kimi tanınan məşhur amerikalı reper Körtis Cekson hesab edir ki, Konor MakQreqor üzərində qələbəyə görə mükafat olan 10 milyon dolları UFC-nin Həbib Nurməhəmmədova hələ də verməməsi ədalətsizlikdir

50 Cent” Twitter akkauntunda yazıb: “UFC-nin Həbiblə davranışı düz deyil, çünki onlar Konorla belə davranmırlar. Əgər Həbib mənim üçün “Bellator”da döyüşsə, 2 milyon dollar nağd ödəyirəm. UFC bu işdə yeganə oyunçu deyil. Müqavilə ilə bağlı məsələni həll edərik. Zübeyri də götürərik”.

Həbib Nurməhəmmədov isə reperə belə cavab verib: “Əsl kişilərin harada böyüdüklərini görmək istəyirsənsə – səni Dağıstana dəvət edirəm. ABŞ-a gələndə sənə xəbər edəcəyəm. Dəstəyə görə sağ ol, sən əsl kişisən!”

Oktyabrın 6-da Nurməhəmmədov irlandiyalı Konor MakQreqoru UFC çempionu titulu uğrunda döyüşün 4-cü raundunda məğlub edib. Lakin NSAC hələ də dağıstanlı döyüşçünün qonorarırı ödəməyib.

Həbib Nurməhəmmədov UFC-yə ultimatum yollayaraq bildirib ki, əgər MakQreqorla döyüşdən sonrakı davaya görə onun dostu və sparrinq-tərəfdaşı Zübeyr Tuhuqov təşkilatdan kənarlaşdırılarsa, o da UFC-ni tərk edəcək.

MilliYol.Az


Etiket: UFC 50 Cent

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar