Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nüfuz savaşında kral Salman və varis Məhəmmədin devrilmə ehtimalı var

Bilal Saab

“American Interest”

Heç bir Səudiyyə rəsmisi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman qədər, eyni zamanda, nə təriflənib, nə də danlaq yeyib. Bu təəccüblü deyil, xüsusən evdə həyata keçirilən layihənin transformasiya xarakterini nəzərə alsaq – krallıqda qaliblər və ziyana düşənlər var.

Lakin Tramp administrasiyasının paylaşmadığı konsensus gənc Səudiyyə liderinin davranışının impulsiv, sərsəm və tam təhlükəli olmasıdır.

Qısa müddətdə MBS öz səyləri ilə çoxlarının qaşlarını çatmasına və dəhşətə qapılmasına səbəb olub. O, Yəməndəki vətəndaş müharibəsində fəlakətli və əsassız hərbi müdaxiləyə başlayıb, bir çox iblisləri tarixin əsarətindən azad edib və Yəmənin mülki əhalisini kütləvi humanitar fəlakətə düçar edib; Qətərə qarşı da dənizdən və qurudan blokada həyata keçirib; Riyadda Livan baş naziri Səəd Haririni həbs edib, Kanada ilə düşmənçiliyə başlayıb və Səudiyyə hökumətinin alman şirkətləri ilə əməkdaşlığına qadağa qoyub.

Şahzadə Məhəmmədin tərəfdarları bütün bu hərəkətlər üçün onun qanuni səbəblərə malik olduğunu iddia edirlər. Onlar MBS-in pis obrazına görə guya Səudiyyə Ərəbistanı haqqında yanlış məlumatlar yayan beynəlxalq medianı günahlandırırlar. Amma dünya hələ də bədbindir və siyasi elitalar şahzadənin xarici siyasətinə dair açıq-aşkar narahatlıq keçirir.

MBS dünyanın mürəkkəb işlərində təcrübəyə malik deyil, onun səhvlərdən nəticə çıxara bilmədiyi aydın görünür, boşqabı çox sürətlə qabağına çəkib və özünü hər işinə “ləbbeyk” deyən adamlarla əhatə edir. Həmçinin, güman edir ki, prezident Tramp onu qeyd-şərtsiz dəstəkləyir, halbuki ona bənzər “dostlar” bumeranq meyllidir.

Bütün bunlar, ən yaxşı şəkildə, Səudiyyə xarici siyasətinin aparılması üçün riskli bir formanı təmin edir. Ən pis vəziyyət isə o, fəlakətin başlanğıcıdır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Diplomatiya dövlətlər arasındakı əlaqələri nəzərdə tutur. Şahzadənin əsas prioritetləri daxili məsələlərdir. İkinci prioritet İranla qarşıdurmadır.

MBS-in böyük reformist layihəsi olan “Səudiyyə Vizionu-2030”-un müvəffəqiyyəti evdə sabitlik və nəzarət tələb edir. Bu, qismən hakimiyyətin təcavüzkar konsolidasiyasını izah edir: siyasi rəqiblərdən imtina, tənqidçilərin susdurulması və fəalları həbsi. MBS, eyni zamanda, rejimin iki struktur sütununu qırır və konsolidasiyaya böyük risklər gətirir: ta başdan Səudiyyə siyasətində dünyəvi-dini nüfuz balansını müəyyən edən əl-Səud / əl-Vəhhab ittifaqı; kral ailəsində elit birliyi qoruyan ailə konsensus modeli (icma).

Ola bilsin ki, bu risklər islahat prosesi üçün vacibdir, amma onun əks-sədası sakitləşməyib. İranla müharibə kimi böyük bir xarici siyasət böhranı da bütün islahat prosesini dərin təhlükə altına alacaq, çünki şahzadə Məhəmməd bununla Səudiyyə din adamlarını fəallaşdıracaq.

İranla istənilən müharibə – qısa və ya uzun müddətli, qəsdən və ya təsadüfi – Səudiyyə cəmiyyətinə təsirini bərpa etmək üçün MBS-in mədəni və iqtisadi islahatlarından narazı olan Səudiyyə dini liderlərinə dirçəliş imkan yaradacaq. Onlar sosial, eləcə də dar iqtisadi proqram olan “Səudiyyə Vizionu-2030”-a məhəl qoymayacaqlar, çünki onun həyata keçirilməsi şeyxlərin səlahiyyətlərinin məhdudlaşdırılmasını tələb edir.

Risk Səudiyyə padşahı Salmanın və şahzadə Məhəmmədin, “müqəddəs müharibə” baş verdiyi təqdirdə, səltənət iqtidarından kənarlaşdırmasında deyil. Təhdid daha çox ruhanilərin rolundadır, çünki Səudiyyə Ərəbistandakı milli səfərbərlik dini tənzimləmə olmadan mümkün deyil. Elə məhz bu, MBS-i ruhanilərə qarşı repressiyalardan çəkindirir. Şahzadəsi Məhəmməd və Səudiyyə din adamları arasında nüfuz mübarizəsi davam edildiyi müddətdə, o, əlbəttə, İran barədə sərt danışacaq, ancaq çox ehtimal ki, hər hansı bir müharibə hərəkətindən çəkinəcək.

MBS hələ də birbaşa müharibəyə gətirib çıxaracaq müxtəlif variantlara müraciət edə bilər. İran rəhbərliyi də eyni şəkildə düşünə bilər və buna görə də qəza ehtimalı qalır.

Böyük Britaniyalı diplomat Robert S. Vansittart bir dəfə alman imperatoru kayzer II Vilhelm barədə yazmışdı: “O, müharibəni sevmir, amma döyüşə gətirib çıxaran bütün işlərə əl atır”. MBS haqqında da eyni sözləri demək olar. Səudiyyədə davam edən daxili güc yarışmasında aydın bir qalib peyda olduqda, məğlub Məhəmməd bin Salman haqqında narahat olmalıyıq. Amma bu çıxma tezliklə baş verməzsə, Səudiyyə Ərəbistanı “sərsəm dövlət”ə çevriləcək.

Hazırda MBS-in davranışı “beynəlxalq kontekstdə normal davranış” dan kənara çıxır. Bu standarta əsasən, Səudiyyə rəhbərliyi, Birləşmiş Ştatların rəhbərliyi ilə müqayisədə, hazırda daha sərsəm görünür.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar